200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


21.05.2018  18:23 

ABŞ-dan İrana Suriya ilə bağlı sərt XƏBƏRDARLIQ





A+  A-

İran bütün hərbi qüvvələrini Suriyadan çıxarmalıdır.
XəzərNews.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompoe qeyri-hökumət təşkilatı “İrs” fondunda çıxışı zamanı bildirib.

O, İranı əks halda tarixdə ən sərt sanksiyaların gözlədiyini söyləyib.

“Birincisi biz rejimə qarşı misli görülməmiş maliyyə təzyiqi göstərəcəyik. Tehrandakı liderlər bizim niyyətimizdə şübhələnməməlidirlər. Əgər İran öz kursunu dəyişməzsə, sanksiyalar getdikcə daha ağrılı olacaq” – Pompeo bildirib.

O əsas İranın nüvə proqramına toxunaraq onun bu proqramının amerikan xalqı üçün təhlükə olduğunu və daha heç bir kompromisin olmayacağını vurğulayıb.

“İran komandanlığı altında olan bütün qüvvələrini Suriya ərazisindən tamamilə çıxarmalıdır” – Pompeo tələb edib.

ABŞ-ın yalnız İranın siyasətində gözəçarpan dəyişikliklərin olacağı halda bütün diplomatik əlaqələrin bərpa oluna biləcəyini bildirib. Onun sözlərinə görə yeni razılaşma ABŞ vətəndaşlarının təhlükəsizliyini əsas götürüb.

Xəbər 1341 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +