200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


30.10.2017  18:45 

Fədayə Laçını 6 il həbs cəzası gözləyir





A+  A-

Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilərək saxlanılan müğənni Fədayə Laçın 6 il müddətinə həbs həyatı yaşaya bilər.
XəzərNews.az-ın məlumatına görə, bu haqda hüquqşünas Ruslan Əhmədoğlu musavat.com-a açıqlamasında bildirib.

O, deyib ki, ifaçının ittiham olunduğu maddə ağırdır: "Məmmədova Fədayə Baris qızı 304.2.1-ci maddə (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən həbs yerindən və ya mühafizə altında olan birinə qaçmağa kömək etmə) ilə həbs olunub. Buna görə də o, 2 ildən 6 ilə qədər azadlıqdan məhrum edilə bilər. Cəzasını hansı formada çəkəcəyi dustaqlara etdiyi yardım aydınlaşdırılandan sonra bəlli olacaq. Fədayə kifayət qədər ağır maddə ilə ittiham olunur. Onun tanınmış müğənni və ya qadın olması cəzasının yüngülləşdirilməsinə heç bir təsir etməyəcək. Çünki qanunvericilikdə elə bir maddə yoxdur”.

Qeyd edək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər isə davam etdirilir.

Xəbər 1245 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +