200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


18.08.2017  11:08 

Metrodan istifadə edənlər bir müddət də istidən “bişməli” olacaq





A+  A-

Məlumdur ki, metro şəhərlilərin həyatında əvəzsiz nəqliyyat vasitəsinə çevrilib. Artıq bir çoxları fərdi minik vasitələrindən imtina edir, gündəlik yaranan tıxaclardan canlarını qurtarmaq, vaxta qənaət etmək üçün metroya enir. Ona görə də hazırda metrodan istifadə edən sərnişinlərin sayı çoxdur.
Digər tərəfdən yay fəsli olduğu üçün isti havalar yeraltı dünyaya da təsir edib. Bu səbəbdən metronu hamama bənzədənlər, bundan şikayət edənlər az deyil.

Üstəlik sərnişin sıxlığı da bu işin duzu-bibəri olur. Düzdür, kondisionerli metro qatarlarının fəaliyyət göstərdiyini bilirik. Amma bu cür qatarlara minmək necə deyərlər, hər kəsə nəsib olmur. Qatarlardan hansısa biri bəxtinə düşə, ya düşməyə...

Bu baxımdan maraqlıdır, yeni kondisionerli metro qatarlarının gətirilməsi gözlənilirmi?

XəzərNews.az-ın məlumatına görə, “Bakı Metropoliteni” QSC-ninn mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a açıqlamasında bildirib ki, hazırda 3 kondisionerli qatar mövcuddur. Onun sözlərinə görə hələki yeni qatarların gətirilmə ehtimalı yoxdur:

“Kondisionerli qatarların gətirilməsini hələki planlaşdırmırıq. Hazırda kifayət qədər qatarımız var. Bu qatarlar istifadə müddətini başa vurandan sonra gələcəkdə onların yerinə yenilər alına bilər”.

Xəbər 1257 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +