DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi
Porno aktyor penisinə iynə vurdu, xəstəxanalıq oldu


29.07.2024  17:00 

Xalçaçılıqda Çiçi ənənələri - VİDEO





A+  A-

“Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanda birgəyaşayış: Azsaylı xalqların sosial-mədəni dəyərlərinin təbliği istiqamətində tədbirlərin təşkili” layihə çərçivəsində Azərbaycanda yaşayan tatların məişətində və məşğuliyyətində uzun müddət mühüm yer tutan “Çiçi xalçaları” ilə bağlı veriliş hazırlayıb.

Xəzərnews.az xəbər verir ki, veriliş Quba rayonunun Səbətlər, Çiçi, Yeni Atuc kəndlərində və Bakı şəhərində çəkilib.

Verilişdə yazıçı-publisist, sənətşünas Əkrəm Qaflanoğlu, “Azər” Tat Mədəniyyət Mərkəzinin rəhbəri Elman Əhmədov və bu günə kimi tatların çox məşhur “Ağgül Çiçi” və “Xırdagül Çiçi” xalçalarını toxumaqda davam edən Yeni Atuc (Quba) kənd sakini Təranə Nəsrullayevanın fikirləri təqdim olunur.

Verilişin məqsədi tatlarda hələ qədim zamanlarda xalçaçılığın inkişaf etdiyini diqqətə çatdırmaqdır.

Qeyd edək ki, hələ 1712-ci ildə Çiçi kəndində toxunmuş “Ağgül Çiçi” xalçası hazırda Nyu-Yorkun “Metropolitan” muzeyində qorunur.



Xəbər 5446 dəfə oxunub.






BÜTÜN XƏBƏRLƏR +