Vasif Talıbovun səhhəti pisləşdi
Rusiyada azərbaycanlılar qəzaya düşdü: 3-ü öldü
Bakı-Ələt yolunda avtomobil qəzası baş verib
Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb
Zelenski Hakan Fidanı qəbul edib
Putin üçlü görüşə hazırdır? - Açıqlama
İcra ödənişləri 10 dəfəyədək artırılır
Vüsal Aslanov Aparat rəhbərini işdən çıxardı
MM-in növbədənkənar sessiyası çağırılıb
Müdafiə Nazirliyi erməniləri təkzib etdi


19.05.2025  14:53 

“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi





A+  A-

"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktının bir hissəsi - Ələsgər Məmmədli və Akif Qurbanova aid olan qismi elan olunub.

Daha sonra Ələsgər Məmmədli və Ruslan İzzətlinin vəkilləri müvəkkilləri barəsində seçilən həbs qətimakan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün məhkəməyə vəsatət verib.

Məhkəmə vəsatəti təmin etməyib.

Proses iyunun 2-də davam etdiriləcək.

Xatırladaq ki, ötən il martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.

Xəbər 663 dəfə oxunub.




30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +