Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


27.12.2022  22:07 

Mənə icazə versəydilər, gedib Vardanyanı... - Hafiz Hacıyev





A+  A-

"Ruben Vardanyanın beynəlxalq axtarışa verilməsi bizim üçün arzuolunandır. Amma kim verəcək?! Beynəlxalq axtarışa indiyə qədər Arutyunyanı vermişdik, ancaq heç bir nəticəsi çıxmadı".

XəzərNews.az xəbər verir ki, bu sözləri Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, Arutyunyan gözümüzün önündə Azərbaycana qarşı soyqırımı törədir: "Onu gedib oradan gətirmək problemdirmi? Həm də o bizim öz torpağımızda - Xankədidədir. Əgər, ora Azərbaycanındırsa Azərbaycan hüquq-mühafizə orqanları gedib tutub gətirsin. O cümlədən də Ruben Vardanyanı. Vardanyanı beynəlxalq axtarışa verməyə nə ehtiyac var ki?! Şuşadan Xankəndiyə çox az bir məsafədir. O vaxtı mənə icazə versəydilər, gedib onun başına bir donuz gülləsi vurub gətirərdik".

"Bilirsiniz gərək məsələnin marağında olasan. Bizimkilərin isə marağında deyil. Sadəcə populizmə hesablanmış müəyyən fikirlərdir. Bunu dəfələrlə dedizdirmisiniz, demişəm. Vardanyanın qohumlarının əksəriyyəti elə Bakıdadır. Ona görə ki, onları müdafiə edən dayıları - Putinləri, Azərbaycanda da isə onları müdafiə edən qohumları var. Ona görə, mənasız fikirlərlə başımızı qatmayaq", - deyə partiya sədri əlavə edib. /Moderator.az

Xəbər 1279 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +