Universitetin kampusuna balta ilə hücum olub
Ukrayna qoşunları Kurskda irəliləyir
Milli Məclisin xüsusi iclası başladı
Saxta alkoqollu içkilər istehsal edirmiş
Bank kartlarından 30 min oğurlanıb
Moskvadan Bakıya planlaşdırılan reysi gecikir
Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı


26.01.2018  16:34 

Ərdoğan Səməd Seyidova təşəkkür edib





A+  A-

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidova təşəkkür edib.
XəzərNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan bir daha xatırladıb ki, Afrin əməliyyatının hədəfi sadəcə terror təşkilatlarıdır: “Avropa Parlamentində hərəkatı istila olaraq göstərmək istəyənlərə söyləyirəm: Gedin istila örnəklərini Liviyada, Ruandada, Malidə axtarın, türk milləti heç bir zaman istilaçı olmayıb. Azərbaycanlı millət vəkili Seyidov qardaşıma dik duruşuna görə təşəkkür edirəm”.

Xatırladaq ki, S.Seyidov Strasburqda Türkiyənin “Zeytun budağı” əməliyyatını “istila” və “müdaxilə” kimi adlandıranlara qarşı çıxaraq Türkiyəni müdafiə etmişdi. O, Türkiyənin həyata keçirdiyi hərəkatı İŞİD və PKK terror təşkilatlarına qarşı mübarizə adlandırmışdı.

Xəbər 1921 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +