Azərbaycanlı rəis Rusiyada saxlanıldı - VİDEO
FHN 3 yaşlı körpəni belə xilas etdi - VİDEO
Ukraynada Azərbaycan əsilli hərbi qulluqçu şəhid olub
İntim görüntüləri yayılan şöbə müdiri istefa verdi
Aeroport şosesində qəza oldu
Bu gün imtahan idi: 6 nəfər qovuldu
Sumqayıtda güllələnmə: Bir nəfər ölüb
Sabah 40° isti olacaq
Azərbaycanlıların məskunlaşdığı hostelə polis basqın edib
Fərid Əhmədov Mirsaleh Seyidovu devirmək istəyir?


03.12.2019  09:04 

Yığmamızın eks-məşqçisinə 5 illik həbs cəzası - Pedofiliyaya görə





A+  A-

Cüdo üzrə Azərbaycan yığmasının keçmiş baş məşqçisi Peter Zayzenbaher pedofiliyaya görə beş il müddətinə azadlıqdan məhrum edilib.
XəzərNews.az-ın Avstriya mətbuatına istinadən məlumatına görə, ikiqat Olimpiya çempionu ittiham olunduğu bütün maddələrlə günahkar bilinib.

Eks-cüdoçunu 10 il həbs cəzası gözləsə də, idmançının əvvəllər məhkum olunmadığına görə məhkəmə onun cəzasını azaldıb. Zayzenbaher özünü günahkar hesab etməyib və bildirib ki, bu, ona qarşı qurulan plandır. Onun işi appelyasiyaya vermək imkanı var.

Qeyd edək ki, Zayzenbaher ilk dəfə Azərbaycan yığmasına 2012-ci ildə başçılıq etməyə başlayıb, lakin 2014-cü ildə postunu tərk edib. Avstriyalının başçılığı altında Elxan Məmmədov Azərbaycanın cüdo tarixində ilk dünya çempionu olub. 2015-ci ildə Zayzenbaheri yenidən Azərbaycana dəvət ediblər. Rioda keçirilən Olimpiadada onun başçılıq etdiyi komanda iki gümüş medal qazanıb.

Xəbər 3386 dəfə oxunub.




13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu

13.07.2025  12:34 

Ölümlə danışarsan...!

13.07.2025  11:54 

Sabah 40° isti olacaq

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb


BÜTÜN XƏBƏRLƏR +