Səfərov qardaşları ilə vida mərasimi keçirilib
Pezeşkian Xankəndinə gəlir
Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda


14.08.2019  16:53 

Atambayevə qarşı 2 yeni iddia qaldırıldı





A+  A-

Qırğızıstanın keçmiş Prezidenti, dövlət çevrilişinə cəhddə ittiham olunan Almazbek Atambayevə qarşı yeni ittihamlar irəli sürülüb.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Hərbi Prokurorluq tərəfindən qaldırılan iki iddia Qırğızıstanın istilik-elektrik stansiyasının modernləşdirilməsi və Forum binası ilə bağlıdır. Belə ki, ötən ilin yanvarında Bişkekin yeganə nəhəng və yanacaqla işləyən elektrik stansiyasında anomal şaxtalara görə qəza baş verib. Ölkə Çindən aldığı 386 milyon dollar kreditlə istilik-elektrik stansiyasını yenilədikdən sonra Qırğızıstanda korrupsiya qalmaqalı olub, bir sıra yüksək vəzifəli məmurlar nəzarətə götürülüb.

Sözügedən Forum binası isə Bişkekin mərkəzində, Atambayevin qərargahının yerləşdiyi çoxmərtəbəli 2 binadır. Daha əvvəl eks-prezidentin digər 120 əmlakı kimi, bu binalar da məhkəmə qərarı ilə möhürlənmişdi. Müstəntiqlərin fikrincə, bu binaları əldə edərkən Atambayev bir sıra qanun pozuntularına yol verib.

Eks-prezidentin vəkili Sergey Slesarev bildirib ki, Atambayev iddialara tanış olub və bu ittihamları qəbul etməyib.

Qeyd edək ki, Almazbek Atambayev hazırda Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin İstintaq Təcridxanasında saxlanılır. O, dövlət çevrilişinə cəhddə, qətl və digər ağır cinayətlərdə ittiham olunur.

Xəbər 2892 dəfə oxunub.



01.07.2025  11:27 

Pezeşkian Xankəndinə gəlir

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +