Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib





A+  A-

Latviyanın xarici işlər naziri Krişjanis Karinş istefa verib, aprelin 10-da vəzifəsini tərk edəcək.

Xəzərnews.az Latviyanın ictimai kanalı LSM-ə istinadən xəbər verir ki, bu barədə nazirin özü mətbuata açıqlamasında deyib.

Latviyanın xarici siyasət idarəsinin rəhbəri Baş nazir Evika Silina ilə görüşdən sonra vəzifəsini tərk edəcəyini açıqlayıb və istefasının səbəbi barədə məlumat verməyib. Seym (parlament) aprelin 11-də yeni xarici işlər nazirini seçəcək.

Xatırladaq ki, Krişjanis Karinş Latviya Baş naziri postunda çalışıb və 2023-cü ilin sentyabrında yeni hökumət kabineti formalaşanda XİN rəhbəri təyin olunub. Karinş son aylarda Baş naziri postunda çalışdığı müddətdə bahalı uçuşlardan istifadə etməsi ilə bağlı qalmaqalla üzləşib və istintaq işi açılıb.

Baş nazir Evika Silina qeyd edib ki, Krisjanis Karinş xarici işgüzar səfərlərə yalnız Latviyanın maraqları naminə gedib və həm NATO, həm də Aİ səviyyəsində Latviyaya dəstək qazanmaq üçün beynəlxalq səviyyədə çalışıb.

“Baş nazir çox tez-tez ezamiyyətlərə getməli olur və çox vaxt bunu əvvəlcədən planlaşdırmaq mümkün deyil.

Ancaq eyni zamanda, elə bir vəziyyət yaranıb ki, əvvəlki hökumət başçısı dövründə təşkil olunmuş xüsusi uçuşlarla bağlı cinayət işi başlanıb.

Bütövlükdə bu, ictimaiyyətin dövlətin işinə inamını azaldıb.

Ona görə də mən xarici işlər nazirinin qarşıdan gələn Avropa Parlamenti seçkilərində yeni ictimai etimadı qazanmaq üçün hazırkı situasiyada istefa vermək qərarını başa düşürəm və hörmətlə yanaşıram. Hesab edirəm ki, bu, Qərb siyasətçisinə yaraşan dürüst bir hərəkətdir.

Ezamiyyətlərin təşkili prosesində qanunvericiliyə riayət olunması dövlətin səlahiyyətindədir və mənim təşəbbüsümlə baş tutacaq xidməti yoxlamada bu məsələlərə bir daha aydınlıq gətiriləcək”.


Xəbər 5114 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +