Rusiya qazı Azərbaycan üzərindən İrana nəql olunacaq
Ərdoğan Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttindən danışdı
Qazıntı işləri qaz xəttini zədələdi
Kimlər pulsuz dərmanla təmin olunacaq?
Tibb bacıları direktorun üzünə durdular - Məhkəmə
Ukraynalıların neçə faizi Zelenskiyə inanır?
İlham Əliyev britaniyalı naziri qəbul edib
Kiyev və Vilnüs birgə silahlar istehsal edəcək
Vladimir Bazarov saxlanılıb
İsveç ASC 890 təyyarəsini Ukraynaya təhvil verdi


11.03.2022  16:26 

“Onun günahları Şərif Ağayarın üstünə düşür”





A+  A-

500 rus yazıçı Ukraynadakı hərbi əməliyyatlarla bağlı müraciət yayımlayıb.

Onlar Rusiya prezidenti Vladimir Putini müdafiə edərək, hərbi əməliyyatların faşistlərə qarşı aparıldığını qeyd ediblər.

Həmin yazıçılar arasında azərbaycanlı Knyaz Qoçaq da var. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Bakupost.az -a açıqlama verib.

O bildirib ki, Rusiya vətəndaşının müraciətə imza atmasının bu qədər qabardılması düzgün deyil:

“Sibirin Pıtyax şəhərində yaşayıb-yaradan, "Novaya Severnaya qazeta"da çalışan, Azərbaycan və eləcə də Rusiya Federasiyası Yazıçılar ittifaqlarının üzvü, Pıtyax şəhərinin fəxri vətəndaşı, Rusiya-Azərbaycan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə Rusiya Federasiyası Muxtar Dairəsinin Əməkdar mədəniyyət xadimi Knyaz Qoçaq Rusiya vətəndaşıdır.



Ona görə də Rusiya vətəndaşının müraciətə imza atmasının qabardılması düzgün deyil.
Knyaz Qoçaq rus ədəbiyyatından Azərbaycan dilinə tərcümələr edir. Ədəbi əlaqələrdə də fəal rolu olub. Azərbaycan Yazıçılar Birliyinin Rusiya bölməsi var və o bölmə Moskvada yerləşir. Onun rəhbərləri nisbətən tanınmış yazıçılardır və onların heç birinin bu müraciətdə adı yoxdur.

Knyaz Qoçaq da Sibirdə yaşayır, 500 yazıçının içərisinə azərbaycanlı adının düşməsi təəccüblü deyil.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, üzvlər Çingiz Abdullayev, mən və digər katiblər də müharibənin əleyhinə sosial şəbəkələrdə fikirlər bildirmişik.

Heç kim Ukraynaya qarşı olan bu təcavüzü, müharibəni dəstəkləmir. İndi hansısa bir Rusiya vətəndaşının bir müraciətə imza atması və bunun qabardılmasını mən düzgün qəbul etmirəm. Burada qərəz var.

Mənim bildiyimə görə Knyaz Qoçaq Şərif Ağayarın həmkəndlisi və qohumudur. Şərif Ağayarla çox yaxındır. Ona görə də onun günahlarının hamısı Şərif Ağayarın üstünə düşür”.



Xəbər 3244 dəfə oxunub.



25.08.2025  11:11 

Norveçin baş naziri Kiyevə gəlib

25.08.2025  10:35 

Vladimir Bazarov saxlanılıb

25.08.2025  10:25 

Bakı və Abşeron toza büründü

24.08.2025  00:38 

İranda zəlzələ gözlənilir?


BÜTÜN XƏBƏRLƏR +