Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir
Üç ölkə arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək
Ukraynaya ABŞ-dan 1 milyard dollarlıq...
Məni zarafatla Avropanın prezidenti adlandırırlar
Tramp Rusiya-Ukrayna müharibəsinin səbəbini açıqladı
BQXK Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq
Daha bir general vəzifədən GETDİ -FOTO
Zelenski Avropadan ayda 1 milyard dollar gözləyir
Yataqxanada yanğın: 3 nəfər tüstüdən zəhərlənib
“İlham, siz böyük lidersiz” - Trampdan hədiyyə


24.08.2020  12:41 

Avstriya rus diplomatı ölkədən çıxarır





A+  A-

Avstriya Xarici İşlər Nazirliyi ölkədən çıxarılacaq rusiyalı diplomatla bağlı açıqlama yayıb.
XəzərNews.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Klaudia Türçer bildirib ki, rus diplomatın hərəkətləri “Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası”na ziddir.

“Rusiyalı bir diplomatın ölkədən çıxarılacağını təsdiqləyə bilərəm. Onun davranışı “Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası”na ziddir”,- deyə o, qeyd edib.

“Kronen Zeitung” nəşrinin məlumatına görə, rusiyalı diplomat Avstriya vətəndaşı vasitəsi ilə ölkənin yüksək texnoloji müəssisələrindən birindən məlumat toplamaqda şübhəli bilinir. Avstriya vətəndaşı müəssisədəki casusluq fəaliyyəti barədə rəhbərliyi məlumatlandırıb və rus diplomatı özünün kuratoru adlandırıb.

Həmçinin bildirilir ki, rusiyalı diplomat ifadə verməkdən imtina edib.

Xəbər 3467 dəfə oxunub.



25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +