Ryazan-Moskva neft kəmərində partlayış olub
AFFA hansı klubları cərimələdi?
AYNA əvvəlcə öz “aynasına“ baxmalıdır - Deputat
Muğam Müsabiqəsində yerimi pulla satdılar - İddia
Hollivud aktyoru Rusiyada biznes açır
Bu, nəticə əldə etməyin yeganə yoludur - Kreml rəsmisi
Fərhad Əhmədovun şirkətlərinin rəhbərlərinə “stop” qoyuldu
Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında təxribat
Əliyev-Putin görüşü ola bilərmi? - Peskovdan açıqlama
Sabiq deputat FHN-ni ittiham etdi


22.04.2020  15:09 

Sabah yağışlı hava olacaq





A+  A-

Aprelin 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti təşkil edəcək. Bakıda gecə 7-9° isti, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Xəbər 2975 dəfə oxunub.




27.08.2025  17:14 

iPhone 17 belə olacaq - Foto

27.08.2025  16:11 

AFFA hansı klubları cərimələdi?

27.08.2025  14:09 

Sabiq deputat FHN-ni ittiham etdi

27.08.2025  11:46 

Rusiya Xersonu oda bürüdü


BÜTÜN XƏBƏRLƏR +