Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir
Üç ölkə arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək
Ukraynaya ABŞ-dan 1 milyard dollarlıq...
Məni zarafatla Avropanın prezidenti adlandırırlar
Tramp Rusiya-Ukrayna müharibəsinin səbəbini açıqladı
BQXK Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq
Daha bir general vəzifədən GETDİ -FOTO
Zelenski Avropadan ayda 1 milyard dollar gözləyir
Yataqxanada yanğın: 3 nəfər tüstüdən zəhərlənib
“İlham, siz böyük lidersiz” - Trampdan hədiyyə


08.03.2017  15:33 

Almaniyanın XİN rəhbəri Türkiyəyə gedir





A+  A-

Türkiyə ilə Almaniya arasında bir neçə gündür davam edən siyasi qalmaqala bu gün XİN rəhbərlərinin iştirakı ilə baş tutan görüşdə son qoyulub.
XəzərNews.az-ın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Almaniyada səfərdə olan Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu alman həmkarı Siqmar Qabriellə görüşüb.

M. Çavuşoğlunun sözlərinə görə, Siqmar Qabriel yaxın zamanlarda Türkiyəyə gələcək: “Aramızdakı əlaqələr hər kəsdən yaxşı olmalıdır. Münasibətlərin pis olmasının heç kimə faydası yoxdur. Dostum Qabriellə ən qısa zamanda yenidən görüşəcəyik, onu Türkiyəyə dəvət etmişəm və dəvətimi qəbul edib”.

Xatırladaq ki, martın 2-dən etibarən Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ, iqtisadiyyat naziri Nihat Zeybəkçi, keçmiş enerji və təbii qaynaqlar naziri Taner Yıldız, eləcə də Xarici işlər naziri Mövlud Çavuşoğlunun Almaniyadakı toplantıları ləğv olunub.

Xəbər 4378 dəfə oxunub.



25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +