Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir
Üç ölkə arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək
Ukraynaya ABŞ-dan 1 milyard dollarlıq...
Məni zarafatla Avropanın prezidenti adlandırırlar
Tramp Rusiya-Ukrayna müharibəsinin səbəbini açıqladı
BQXK Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq
Daha bir general vəzifədən GETDİ -FOTO
Zelenski Avropadan ayda 1 milyard dollar gözləyir
Yataqxanada yanğın: 3 nəfər tüstüdən zəhərlənib
“İlham, siz böyük lidersiz” - Trampdan hədiyyə


24.07.2025  17:36 

Sumqayıtda 22 min abonent qazsız qalacaq





A+  A-

“Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismar İdarəsi xidmət ərazilərində əsaslı təmir və payız-qış mövsümünə hazırlıqla bağlı tədbirləri davam etdirir.

XəzərNews.az xəbər verir ki, təsdiq olunmuş əsaslı təmir və kapital qoyuluşu proqramlarına uyğun olaraq, 25 iyul tarixində saat 10:00-dan etibarən Sumqayıt şəhərinin 16-cı mikrorayon, Corat qəsəbəsi, Corat və Novxanı bağları, eləcə də 52-ci məhəllə ərazilərində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Qazın verilişində yaranacaq fasilə həmin ünvanlarda yeni siyirtmələrin quraşdırılması və balans qovşaqlarında aparılan əsaslı təmir işləri ilə əlaqədardır. Bununla əlaqədar ümumilikdə 22 minə yaxın abonentin qaz təchizatında müvəqqəti kəsinti olacaq.

“Azəriqaz” İB vətəndaşlardan anlayış göstərmələrini xahiş edir və bildirir ki, işlər başa çatdıqdan dərhal sonra qaz təchizatı bərpa olunacaq.

Xəbər 585 dəfə oxunub.



25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +