Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


22.05.2025  15:18 

“Enerji Jurnalistikası və Müasir Mediada Yeni Trendlər” mövzusunda tədbir keçirilib -FOTO





A+  A-

PR Point Baku’nun təşkilatçılığı ilə “Enerji Jurnalistikası və Müasir Mediada Yeni Trendlər” mövzusunda xüsusi tədbir keçirildi. Grand Hotel-in daxilində yerləşən Le Grand restoranında baş tutan görüşdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının PR meneceri Fidan Quluzadə, media mütəxəssisləri, jurnalistlər və PR sahəsində çalışan yerli iştirakçılar bir araya gəldilər.

Tədbirin əsas qonağı türkiyəli peşəkar jurnalist İşık Tuncel idi. O, enerji jurnalistikasının aktuallığını, bu sahədə baş verən yenilikləri və enerjinin media vasitəsilə cəmiyyətə necə çatdırıldığını təhlil etdi. Həmçinin enerji sektorunda medianın rolu və bu sahədə tətbiq olunan yeni texnologiyalarla bağlı təcrübəsini iştirakçılarla bölüşdü.

Azərbaycanlı media eksperti, jurnalist Məhəmmədəli Ələkbərov isə müasir medianın inkişaf trendləri, rəqəmsal dönüşüm və yeni jurnalistika metodları barədə çıxış etdi. O, sosial media və yeni platformaların jurnalistika sahəsinə təsiri, həmçinin jurnalistlərin bu dəyişikliklərə necə uyğunlaşmalı olduqları barədə praktiki nümunələr təqdim etdi.

Tədbirin açılışını PR Point Baku-nun təsisçisi və direktoru Aida Ramiz edib. O, tədbirin məqsədinin enerji jurnalistikasında yeni trendləri işıqlandırmaq, jurnalistlər üçün bilik və təcrübə paylaşımı mühiti yaratmaq, eləcə də Azərbaycan və Türkiyə arasında media sahəsində əməkdaşlığa töhfə vermək olduğunu bildirib.

Tədbirdə enerji sektorunda media və jurnalistikanın rolu, enerji jurnalistikasında yeni texnologiyalar və yanaşmalar, müasir medianın transformasiyası və rəqəmsallaşma, sosial media və yeni platformaların jurnalistikada rolu, həmçinin Azərbaycan və Türkiyə arasında media əməkdaşlığı və təcrübə mübadiləsi kimi mövzular müzakirə olunub. Bununla yanaşı, müasir mətbuatda gündəmdə olan məsələlər və jurnalistikanın inkişaf istiqamətləri barədə də geniş fikir mübadiləsi aparılıb.







Nuray

Xəbər 523 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +