Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


30.03.2021  17:35 

Ermənistan Prezidenti barəsində cinayət işi başlanıla bilər





A+  A-

Ermənistanda 50-dən çox hüquqşünas Prezident Armen Sarkisyan tərəfindən ikili vətəndaşlıq faktının gizlədilməsi ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Ermənistan Vəkillər Palatasının sədri Ara Zohrabyan feysbukda məlumat verib.

Məruzədə Armen Sarkisyanın 2003-2012-ci illərdə ən azı 10 illik Britaniya vətəndaşlığına sahib olduğu və 2018-ci ildə Ermənistan qanunvericiliyini pozaraq Prezident seçildiyi bildirilir. Konstitusiyaya görə, son altı ildə yalnız Ermənistan vətəndaşı olan şəxs prezident seçilə bilər.

Daha əvvəl, Ara Zohrabyan Sarkisyanın Böyük Britaniya vətəndaşlığının 2012-ci ilin noyabrında qüvvədən düşdüyünü bildirmişdi. Sarkisyan isə 2 mart 2018-ci ildə prezident seçilib və qanuna görə, onun İngiltərə pasportu 1 mart 2012-ci ildən gec olmayaraq ləğv edilməli idi. Bu əsasda vəkillər cinayət işinin başladılması üçün nəzarət orqanına müraciət ediblər. Müraciət 53 vəkil tərəfindən imzalanıb.

Xəbər 4044 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +