Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb


15.07.2021  12:49 

Sabahdan bu avtobus da kartla işləyəcək





A+  A-

İyulun 16-dan etibarən 62 nömrəli marşrut xətti (Sabunçu d/st. - N.Tusi küçəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən XəzərNews.az-a məlumat verilib.

Bildirilir ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Xətai rayonu üzrə (Neapol 32, N.Tusi küç.137, N.Tusi 294Q, S.Ə.Şirvani küçəsi), Sabunçu rayonu üzrə (Əsildar Məmmədəliyev 76, Kişvəri Dilməqani 11, Sabunçu qəsəbəsi - Şəhər şosesi) və Nizami rayonu üzrə (Qara Qarayev pr. 102, Əzim Əzimzadə 34/64, Azər Manafov küç.,Qara Qarayev 89, Qara Qarayev pr.1) ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Qeyd olunur ki, dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Xəbər 2119 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +