Suveyda atəşkəs razılaşması əldə edilib
O, kukla olmaq istəyir? - Paşinyan Karapetyanı ittiham etdi
Azər Qasımlıya ittiham elan olundu
Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı
Həkim əməliyyat etdiyi xəstəni qəbul etmədi
Kiyev meri Vitali Kliçko əsgərlərə 3 min PUA verdi
Mutvalı Şıxlinski məhkəməyə gətirilib, amma...
Yasamalda qadın güllələnərək öldürüldü
Sumqayıtda 67 kq narkotik aşkarlanıb
Məhkəmə İmamoğlunun həbsinə qərar verdi


16.07.2025  10:00 

İRANI VASİTƏÇİLİYƏ CƏLB ETDİK, ŞUŞA ƏLDƏN GETDİ...





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.

Verilişdə səsləndirilən fikirləri qısa tezisini təqdim edirik:

- Soydaşlarımız rəsmi İranın bütün addımlarına diqqət verməlidirlər. Yada salıram ki, 1987-88-ci illərdə ermənilərin Azərbaycana qeyri-hərbi hücumları başlayarkən Azərbaycan elitasının bir qismi Moskvanı müraciətlə, məktubla top atəşinə tutdu. Bu sonda uğur qazanmağımızda iştirak etdi. İndi də təxminən İrandakı soydaşlarımıza bu yolu getməyi tövsiyə edərdik. İran həmişə Ermənistanın mövqeyində olub və Azərbaycanla bağlı bəzi mövzuları İranda tabudur.

İranın Xocalı soyqırımına münasibəti də belədir. İran və onun tərkibində olan ostanlar heç zaman Xocalı soyqırımını tanımayıb. ABŞ-ın 23 ştatı Xocalı faciəsini soyqırım kimi tanıyıb. İranın Xocalı soyqırımında mövqeyi ilə bağlı ali rəhbərin ofisinə, Prezident Administrasiyasına, XİN-ə çoxlu müraciətlər göndərmək və rəsmi İranın mövqeyinin açıqlanmasına nail olmaq lazımdır.

Ali rəhbərin xarici məsələlər üzrə müşaviri Ə.Vilayəti Pakistanın Daxili İşlər nazirini qəbul etdi, Azərbaycandan, İsraillə əlaqələrindən şikayətləndi. Pakistan Azərbaycan üçün vacib dövlətdir. Pakistan İranın ermənilərə hərbi dəstəyinə imkan verməyən dövlətdir. 44 günlük müharibədə əgər İran qoşunları Ermənistan tərəfindən Azərbaycana hərbi əməliyyatlar açsaydı, Pakistan da İranla sərhədində həmin vəziyyəti yaradacaqdır. Azərbaycanın adı gələndə bütün İran siyasilərinin sanki beyinləri donur.
Ə.Vilayəti pakistanlı nazirə nə üçün Pakistanla deyil, Hindistanla əməkdaşlıq etdiklərini izah etsəydi, yaxşı olardı. Hindistan şirkətlərinin bu gün İranın daxilində gördüyü işi Pakistan şirkətləri də görə bilərdi. Məhz Pakistan mövzusuna görə Hindistan dünyada İsrailin bir nömrəli müttəfiqidir. İranın Azərbaycanla hərbi əlaqələrindən şübhəsi varsa, əgər düşünürsə ki, İsrail Azərbaycan ərazisindən İrana dron və qırıcı hücumu təşkil edirsə, bu zaman Pakistanın Daxili İşlər Nazirliyinə tabe olan sərhədçilərini İran şimal sərhədlərinə (Azərbaycan və Ermənistan) dəvət edə bilər.

İranı hazırda idarə edən bəsiclərdir. Bəsiclərin içərisində azərbaycanlılar da var. Bəsiclər ümumi azərbaycançılıq konsepsiyasını əsas götürməlidir. İran hökumətinin əsas düşməni azərbaycanlılardır. Cənubdakı soydaşlarımızı öldürmək, onların ağıllı hissəsini məhv etmək İran elitası üçün çox asandır. Bəsic yalnız azərbaycanlıları qorumalıdır, heç bir azərbaycanlını öldürməməlidir.

İran ermənilərə həmişə dəstək verib, hətta Azərbaycanda Qarabağ mövzusunun başlanmasında İranın müəyyən qədər yönverici rolunu da ehtimal etmək olar. Proseslər Hadrutdan başladı. Erməni mövzusu Azərbaycandan əvvəl İrana bələd idi. Çünki Daşnaksutyun partiyasının Yunanıstanda keçirilən genişləndirilmiş iclasında SSRİ-də yaranmış “yenidənqurma” və buna ABŞ-ın münasibətindən istifadə edib, aktivləşən ermənilər öz faydalarına addım atmaq, ilk növbədə İrandakı ermənilərə müstəqillik əldə etmək istəyirdilər, alınmadı. İran dərhal öz ərazisindəki ermənilərin təxminən 60%-ni qovdu, 30-40% saxladı. Qarabağ mövzusunun da Hadrutdan başlanması, Ermənistan SSR-nin Nazirlər Kabinetində Arxitektura İdarəsinin rəisi A.Sərkisyan, Ermənistan SSR Statistika Komitəsində riyazi hesablamalar şöbəsinin müdiri İqor Muradyanın ardıcıl səfərləri də məhz Hadrutda idi. Hadrut fars dilində “iki çay arası” deməkdir. Bütün bunlar ola bilər daha geniş tədqiqat aparmaq istəyənlərin mövzusudur. Əsas SSRİ dağılan ərəfədə İran SSRİ-nin dağılmasından faydalanmağı şüurlu kənara qoydu və yalnız erməni mövzusu ilə məşğul oldu. Xocalı soyqırımına göz yumdu, indi də Xocalı soyqırımını tanımır, yaxın da buraxmır. O Xocalı soyqırımında qatilləri cəzalandırmaqla regional arxitekturada vacib yer götürə bilərdi. Azərbaycan o zamanın İranı regional proseslərə müdaxilə etməsinə dəstək vermək məqsədilə onun vasitəçiliyini qəbul etdi. Bunun da nəticəsi olaraq Şuşanı itirdi. İran dərhal ermənilərə tərəf çevrildi və regional proseslərə müdaxilə etməyi unutdu. Əsas məqsədi Azərbaycanı cəzalandırmaq idi. Bu dövrdə Ermənistanın 3 prezidenti Levon Ter-Petrosyan, R.Köçəryan, S.Sərkisyan İranı Ermənistan üçün “həyat yolu” adlandırdılar. Azərbaycan o dövrdə nə qədər problemli, zəif, xaricdən dəstəyi olmasa da daxildə çaxnaşmalar getsə də belə Ermənistana qalib gələ bilərdi. Məhz İranın dəstəyi nəticəsində Ermənistan nəinki Azərbaycanın qabağında duruş gətirdi, hətta hücuma keçdi.



Əyani misallar: 2008-ci ildə Cənubi Osetiyadakı müharibə zamanı Ermənistan rəsmilərinin etirafına görə taxıl və un, neft məhsulları Ermənistanda qurtarmışdı. Bu məhsulları Ermənistana İran göndərdi.

İran Ermənistan üçün Mehridə Su Elektrik Stansiyası tikmək qərarına gəldi, bünövrəsi də qoyuldu. İran 300 milyon dollar pul da ayırdı, sadəcə pulu ermənilər gətirə bilmədilər. Ermənistan Mehri SES-in Azərbaycanın Ermənistana qarşı müharibəyə başlamasına səbəb olacağını bildirdilər. Su bol olarsa Mehri bəndinə toplanan su Azərbaycanın ərazilərinə keçəcək və Azərbaycan da bundan istifadə edib, hücum edəcəkdir.
İran buna cavab olaraq Mehri SES-in və Ermənistanın ümumi təhlükəsizliyini təmin etməklə bağlı müqavilə imzaladı. Yəni Azərbaycan Ermənistana hücum edərsə, bu zaman İran silahlı qüvvələri qarşılayacaq. Bu rəsmi sənəddir. Sonradan da dəfələrlə İran Ermənistana yardım edib.

İranın Ermənistana etdiyi yardım 2010-cu ildə açıqlanan məlumata görə 2 milyard dollardır, ABŞ-ın etdiyi yardım qədər idi. İndi bəlkə də artıq 4 milyard dollara çata bilərdi.

2016-cı ilin 1 aprel döyüşlərində İran prezidentinin hərbi təhlükəsizlik məsələləri üzrə müşaviri Azərbaycanın haqq yolunda olduğunu dəstəklədi. Bir saat keçməmiş bəyanatını dandı. Görünür kimsə ona təkzib etdirdi, münaqişənin sülh yolu ilə həllinə çağırış etdi.
44 günlük müharibədə İran var gücü ilə Ermənistana hərbi dəstək verməyə çalışdı. Azərbaycanın Türkiyə və Pakistanla birlikdə yaratdığı koalisiya səddini aşa bilmədi.
Qarabağ ermənilərini Azərbaycanın üzərinə qaldırmaq istəyib. Ali rəhbər 2020-ci ilin noyabrın 4-də verdiyi fətvada Azərbaycanın ərazi bütövlüyünü tanısa da Qarabağ ermənilərini ayrıca qeyd etdi, onların təhlükəsizliyi təmin olunmalıdır. Ermənistan sonda İranın bütün təkliflərini rədd etdi. Ermənistanın diqqətini cəlb etməkdən ötrü İran hətta dövlətçiliyini qurban verdi. Səfir M.Sübhani dedi ki, İran və erməni xalqları xarakterinə görə eynidir. İran mütləq “avarayir” döyüşündən ötrü o zaman İranda olan bir sıra nəsillərin qəbrini qazıb, təhqir etməli, rəsmi Tehran üzr istəməli idi. Bənzər fikirləri Sərdarabad döyüşü ilə bağlı etməli idi.

44 günlük müharibə dövründə Ermənistanın bir qrup hərbçisi itkin düşdü. Onun 20 nəfərinin sığınmaq üçün İrana qaçdığını bildirdilər. Sonradan İran tərəfindən heç bir xəbər çıxmadı. İran 20 erməni hərbçisindən ötrü bəlkə də özünün 20 min hərbçisini qırmalı idi, bunları etmədi. Sonda Ermənistan Aİ və ABŞ-ın sözünü tutdu.
Zəngəzur koridoru ABŞ-ın sərəncamına verilir. İran tarixi boyu dəfələrlə məğlubiyyət görüb. İsrail müharibəsində çox rüsvayçı məğlubiyyətə düçar oldu. Ermənilərdən aldığı məğlubiyyət, bu məğlubiyyətlərin içərisində heç də ən rüsvayçısı deyil. Azərbaycan prizmasından ən təsirlisidir. İndi İran Azərbaycana qarşı hibrid mübarizəyə başlayırlar.



Xəbər 563 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.07.2025  20:55 

Epi ləqəbli reper həbs olundu

16.07.2025  16:51 

Zelenski: Putin ABŞ-dan qorxur

16.07.2025  15:13 

Ermənistan KTMT-dən çıxa bilər

16.07.2025  14:14 

İsrail Suriyanı VURDU


BÜTÜN XƏBƏRLƏR +