12.05.2025 14:54
Putin Zelenski ilə görüşəcəkmi?
Dolaşıq bir vəziyyət yaranıb. ABŞ və Avropa danışıqlar aparılmasını təkid edir, Ukrayna ayın 12-dən atəşkəs istəyir, Rusiya isə Türkiyədə görüş olmasını israr edir.
Bu arada ABŞ prezidentindən qarmaqarışıq bəyanat gəlib:
"Rusiya prezidenti Putin Ukrayna ilə atəşkəs razılaşmasını istəmir - o, cümə axşamı günü Türkiyədə görüşmək, qan tökülməsinin mümkün sonunu müzakirə etmək istəyir. Ukrayna DƏRHAL bununla razılaşmalıdır. Ən azı, hər hansı bir razılaşmanın mümkün olub-olmadığını aydınlaşdıracaq - və olmasa, Avropa liderləri və ABŞ hər şeyin harada dayanacağını və buna uyğun hərəkət edə biləcəyini dəqiq biləcək! Mən şübhə etməyə başlayıram ki, Ukrayna hətta, Putinlə danışıqlara getməyə hazırlaşır - o, İkinci Dünya Müharibəsində Qələbəni qeyd etməklə həddən artıq məşğuldur, Amerika Birləşmiş Ştatları olmasaydı, heç vaxt qələbə qazana bilməzdilər”.
Trampın bu bəyanatına Zelenski cavab verib:
"Sabahdan atəşkəs, Putini isə cümə axşamı Türkiyədə gözləyəcəm. Bu cümə axşamı, mayın 15-də mən Türkiyədə olacağam. Və mən Putini Türkiyədə gözləyirəm. Şəxsən mən ümid edirəm ki, Putin bu dəfə nəyə görə bir şey edə bilməyəcəyinə dair bəhanələr axtarmayacaq".
Amma Vladimir Putinin İstanbula gedəcəyi şübhəli görünür. Çünki, xeyli vaxtdır ki, Erdoğanın təkid etməsinə baxmayaraq, Putin Türkiyəyə getməyə ehtiyat eləyir.
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Sibiqa da Putinin Zelenski ilə görüşə razı olacağına şübhə edir. O, Zelenskinin Putini mayın 15-də Türkiyədə şəxsi görüşə dəvət etdiyi tvitini təkrarlayıb:
"Əsl lider belə edir. O, heç kimin və heç nəyin arxasında gizlənmir. Çətin ki, Rusiya tərəfində belə cəsarətin kölgəsi belə olsun".
İndi söz Rusiya tərəfinindir. Əgər Putin İstanbula getməsə, onda Trampın da deməyə sözü qalmayacaq…
Dadaş Əhmədli
Xəbər 458 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|