O, kukla olmaq istəyir? - Paşinyan Karapetyanı ittiham etdi
Azər Qasımlıya ittiham elan olundu
Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı
Həkim əməliyyat etdiyi xəstəni qəbul etmədi
Kiyev meri Vitali Kliçko əsgərlərə 3 min PUA verdi
Mutvalı Şıxlinski məhkəməyə gətirilib, amma...
Yasamalda qadın güllələnərək öldürüldü
Sumqayıtda 67 kq narkotik aşkarlanıb
Məhkəmə İmamoğlunun həbsinə qərar verdi
Leyla Əliyeva Oquldjaxan Atabayeva ilə görüşdü


13.07.2025  11:18 

Fərid Əhmədov Mirsaleh Seyidovu devirmək istəyir?





A+  A-

İslahat yaxşı prosesdir. Amma bu proses inkişafa xidmət edərsə, orada uğurlu nəticə almaq olar. Amma islahat adı altında işini bilən adamları ləkələmək cəhdləri isə nə dövlətə xidmətdir, nə də peşəkar vəzifə borcudur. Bu yalnız kənardan eybəcər bir mənzərə ortaya çıxarır.

Söhbət, son zamanlar ölkənin yeni ədliyyə naziri Fərid Əhmədovun Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovu devirmək cəhdlərindən gedir.

Təbii ki, Mirsaleh Seyidov bu posta prezident sərəncamı ilə təyin edildiyindən nazirin onu işdən azad etmək səlahiyyəti yoxdur.

Ona görə də Fərid Əhmədov Mirsaleh Seyidovu kənarlaşdırmaq üçün Penitensiar Xidmətin fəaliyyətində nöqsan axtarışına çıxıb.

Bildirilir ki, nazirliyin çoxsaylı yoxlama qrupu Penitensiar Xidmətin yoxlayır.

İndi hər kəs bu haqqda danışdığı üçün bu mövzuya yer ayırmalı olduq.

Biz də iddia etmirik ki, Penitensiar Xidmətin işi mükəmməldir.

Bugün Azərbaycan dövləti cəza icra siyasətinə görə Avropa Şurası ölkələri arasında ən çox tənqid edilən dövlətdir.

Azərbaycanda Avropa Penitensiar Qaydalarının tətbiqində ciddi problemlər var.

Cəzaçəkmə Müəssisələrinin əksəriyyətində şəraitsizlik hökm sürür.

İşgəncələr də etiraf edilməlidir.

Amma etiraf edək ki, Mirsaleh Seyidovun bu posta təyinatından sonra məhkumlarla onların ailə üzvlərinin görüşü üçün uzun illərdən bəri ənənəyə çevrilən pul söhbətinə son qoyulub.

Bu, həbsxanalarda saxlanılan şəxslərin ailə üzvləri ilə telefon danışıqlarına da aiddir.

Bundan başqa son zamanlar məhkumların qida təminatında ciddi dəyişikliklər olub.

Əvvəlki illərdə 3-4 ay həbsxana yeməklərinin ümidinə qalan şəxs qısa zamanda xəstəliklərə düçar olurdu.

Bir sözlə bugün Mirsaleh Seyidov gücü və mövcud imkanları daxilində bu sahədə müsbət dəyişikliklər edə bilib.

Ən böyük problem isə məhkumların tibbi təminatıdır ki, bu sahədəki dəhşətli vəziyyət hamını şoka salır.

Məhkumların sağlamlığı məsələsi birbaşa Ədliyyə Nazirliyinə aid məsələ olduğundan cənab nazir yaxşı olardı ki, bu sahədə düzən yaratsın.

Cəzaçəkmə Müəssisələrinin və istintaq təcridxanalarında tibbi təminat yox dərəcəsindədir.

Müayinə yoxdur, dərmanlar pulla satılır.

Korrupsiya bu sahəni birmənalı olaraq “yeyib”.

Mirsaleh Seyidovu bu strukturdan kənarlaşdırıb hansısa bir iş bilməzi ora təyin etdirmək isə Penitensiar Xidmətdə islahat sayıla bilməz.

Bugün Ədliyyə Nazirliyinin əksər strukturlarında bu sahəyə yad adamlar yerləşdirilməsindən bütün ölkə danışır.

Amma Penitensiar Xidmət spesifik xidmət sahəsidir. Orada rəhbərliyə dost-tanış, tələbə yoldaşı gətirməklə pis nəticələr ortaya çıxar.

Demədi, deməyin…

Gununsesi.info

Xəbər 726 dəfə oxunub.




16.07.2025  16:51 

Zelenski: Putin ABŞ-dan qorxur

16.07.2025  15:13 

Ermənistan KTMT-dən çıxa bilər

16.07.2025  14:14 

İsrail Suriyanı VURDU


BÜTÜN XƏBƏRLƏR +