Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


24.02.2023  10:32 

“Dünya baxır” - Klinton Bəxtiyar Hacıyevdən yazdı





A+  A-

44-cü ABŞ Prezidenti Barak Obama administrasiyasında Dövlət katibi vəzifəsini icra etmiş tanınmış siyasətçi Hillari Klinton Azərbaycanda həbsdə aclıq aksiyası keçirən ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı paylaşım edib.

Bu barədə o, özünün rəsmi tvitter səhifəsində yazıb.

“Azərbaycanlı fəal Bəxtiyar Hacıyevlə bağlı narahatlıq ifadə edən insanların və qurumların xoruna öz səsimi əlavə edirəm. O, dekabr ayından siyasi motivli ittihamlarla həbsdə saxlanmasına etiraz olaraq aclıq aksiyası keçirir və vəziyyəti getdikcə pisləşir. Dünya baxır”, - deyə H. Klinton bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ senatorları Ben Kardin və Dik Durbin də iki dəfə Bəxtiyar Hacıyevlə bağlı Azərbaycana çağırış ediblər.

Həmçinin fevralın 11-də ABŞ Dövlət Departamentinin rəsmi saytında eyni məzmunlu məlumat paylaşılıb.

Qeyd edək ki, dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.
Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib.

İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb və bu günədək aclığa davam edir.

Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini 1 ay, ötən gün – fevralın 23-də isə daha iki ay uzadıb./Yeniavaz.com

Xəbər 995 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +