Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


22.06.2017  12:48 

ABŞ Dövlət Departamenti Qarabağla bağlı bəyanat yaydı





A+  A-

ABŞ Dövlət Departamenti mətbuat xidmətinin sözçüsü Heather Nauert Dağlıq Qarabağda son zorakılıq və insan itkilərinə dair bəyanat verib.
XəzərNews.az xəbər verir ki, o, bəyanatında Amerika Birləşmiş Ştatlarının ötən həftə ərzində təmas xəttində insan itkiləri ilə nəticələnmiş atəşkəsin son vaxtlar pozulmasından dərin narahatlıq keçirdiyini vurğulayıb:

"Biz tərəfləri gərginliyi artırmaqdan çəkinməyə çağırır və təmas xəttində və Ermənistan-Azərbaycan beynəlxalq sərhədi boyunca gərginliyin azaldılması üçün tədbirlərin dərhal nəzərdən keçirməyə çağırırıq..

ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 19-da verdiyi bəyanatda tərəfləri substantiv, yaxşı niyyətlə və siyasi iradə ilə danışıqlar aparmağa çağırıblar. Həmsədrlər bu cür danışıqların münaqişənin həllində irəliləyiş gözləyən və buna layiq olan bölgə əhalisinə davamlı sülh gətirmək üçün yeganə yol olduğunu vurğulayıblar.

Birləşmiş Ştatlar tərəflərlə sıx əməkdaşlıq etməyə davam edir. Bizim, Minsk qrupunun həmsədrlərinin bölüşdüyü uzunmüddətli siyasətimiz budur ki, ədalətli həll Helsinki Yekun Aktının, xüsusən, güc (zor) tətbiq edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərinin da daxil olduğu beynəlxalq hüquqa əsaslanmalıdır".



Xəbər 1855 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +