Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb


01.12.2022  10:22 

Ruslar Xersonda meşə zolaqlarında gizlənir





A+  A-

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rusların Zaporojye və Xerson vilayətlərinin bəzi kənd və qəsəbələrində gizləndiklərini elan edib.

XəzərNews.az yerli mediaya istinadən xəbər verir ki, rus qoşunları Xerson vilayətinin ayrı-ayrı yaşayış məntəqələrindən Oleşki-Qolaya Pristan avtomobil yolu boyunca meşə zolaqlarında gizlənir.

Zaporojyedə isə rus işğalçıları yaralıları yük maşınları və avtobuslarla Melitopol istiqamətinə təxliyə edirlər.

Ötən gecə onlar şəhərətrafı əraziləri və Xerson şəhərinin özünü davamlı atəşə tutublar.

"Oleşki qəsəbəsində Rusiya hərbi və hərbi texnikasının sayında azalma müşahidə olunur. Düşmən qoşunları Xerson vilayətinin müəyyən yaşayış məntəqələrindən çıxarılaraq Oleşki-Qolaya Pristan avtomobil yolu boyunca meşə zolaqlarına səpələnib" - məlumatda deyilir.

İsmayıl Nifti
XəzərNews.az


Xəbər 856 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +