Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb


28.11.2022  16:18 

Mixail Saakaşviliyə sui-qəsd cəhdləri olub?





A+  A-

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvilinin orqanizmində daha bir zəhərli maddə aşkar olunub.

Bu barədə məlumatı gürcü siyasətçinin vəkili Şalva Xaçapuridze açıqlayıb.

Onun sözlərinə görə, Saakaşvilinin orqanizmində arsen maddəsi aşkar olunub.

Bununla yanaşı, Xaçapuridze keçmiş Prezidentin uzun müddətdən sonra bu gün keçiriləcək növbəti məhkəmə prosesində iştirak edəcəyini də elan edib. Bildirilib ki, Saakaşvili hərəkət etməkdə çətinlik çəkdiyindən onun üçün xüsusi araba tələb olunacaq.

Daha əvvəl isə, “Empatiya” qeyri-hökumət təşkilatının rəhbəri Mariam Cişkariani və eks-prezidentin anası Giuli Alasaniya bildirib ki, Saakaşvilinin qanında civə, barium və tallium aşkar olunub. Belə iddia olunur ki, sabiq Prezidentə sui-qəsd cəhdləri olub.

Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Gürcüstanda saxlanılıb. O, cari ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 9 il müddətinə azaqlıqdan məhrum olunub./“Qafqazinfo”

Xəbər 1259 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +