Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur
Sabah 21° isti olacaq
Frans-Pressin təxribatına cavab veriləcəkmi?
Rusiyanın 30 günlük atəşkəs yaratmaq niyyəti yoxdur
Berlin Kiyevin tərəfində qalacaq - Vadefül
Göyçayda əksər küçələri zibil və pis qoxu bürüyüb - Foto


10.10.2021  09:02 

Kanslerə etimadsızlıq müzakirə olunacaq





A+  A-

Avstriyanın Federal Kansleri Sebastian Kurts və onun yaxın ətrafına qarşı qaldırılan korrupsiya ittihamları ilə əlaqədar oktyabrın 12-də Avstriya Milli Şurasının (parlament) xüsusi iclası keçiriləcək.

İclasda müxalifət partiyaları kanslerə qarşı etimadsızlıq votumu üçün məsələ qaldırmağa hazırlaşırlar. Əgər parlamentdə təmsil olunan deputatların əksəriyyəti müraciəti dəstəkləsələr, o zaman ölkənin siyasi arenasında domino effekti yarana bilər.

Müxalifət partiyaları Sebastian Kurtsu fəaliyyət qabiliyyətində olmamaqda ittiham edərək onu istefaya çağırıblar. ÖVP ilə koalisiyalı hökumətdə təmsil olunan Yaşıllar Partiyasının sədri və vitse-kansler Verner Koqler hökumətin fəaliyyət qabiliyyətində olduğunu, lakin bu fikri Federal Kanslerə şamil edə bilməyəcəyini bildirib. Gedişat yaşılların mühafizəkarla koalisiyanı davam etdirməkdə maraqlı olduğunu, lakin hökumətin başında S. Kurtsun əvəzlənməsini istədiklərini göstərir.

Dövlət başçısı Aleksander Van der Bellen ölkə əhalisinə müraciətində hazırda Avstriyada hökumət böhranı olduğunu, lakin bu vəziyyətin dövlət böhranı kimi qiymətləndirilməməli olduğunu ifadə edib. O bildirib ki, ölkə konstitusiyasının ona verdiyi bütün səlahiyyətlərdən istifadə edərək, işlək hökumətin fəaliyyətinin təmin olunmasına çalışacaqdır.

XəzərNews

Xəbər 1937 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi


BÜTÜN XƏBƏRLƏR +