11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə
Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb
Əvəz Zeynallı Türkiyədə müalicələrə başlayıb
Dövlət İmtahan Mərkəzində nə baş verir?
Ölən şəxsin pensiya kapitalından kimlər istifadə edə bilər?
Masallıda gənc oğlan sevgilisinin saçını qırxdı
Bu yol son 20 gün ərzində ikinci dəfə çöküb - Video
Trampdan İrana zərbə... - Fars körfəzinin adı dəyişir


28.07.2023  18:06 

Məhkəmə Qubad İbadoğlunu həbsdə saxladı





A+  A-

Bu gün Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsinə dair şikayəti təmin etməyib.

XəzərNews.az xəbər verir ki, məhkəmə iclasından sonra vəkil Zibeydə Sadıqova bildirib ki, müdafiə tərəfi qətimkan tədbirinin dəyişdirilməsi və İbadoğlunun həbsdən azad edilməsi barədə vəsatət qaldırıb.

Qeyd olunub ki, İbadoğlu cəmiyyətdə tanınmış adamdır. Aparıcı beynəlxalq elmi-təhsil mərkəzləri, o cümlədən ABŞ və Böyük Britaniyada tanınan alim iqtisadçı və reputasiyasına dəyər verən belə bir şəxs istintaqdan gizlənməz. Digər tərəfdən, İbadoğlunun səhhətində ciddi problemlər var, şəkərli diabet, hipertoniya xəstəliyindən əziyyət çəkir və həbsdə olmaq onun xəstəliyini ağırlaşdıra bilər.

Lakin məhkəmə dəlilləri qəbul etməyib və İbadoğlunu həbsdə saxlayıb.

Müdafiə İbadoğlunu azad etmək üçün hüquqi addımları davam etdirəcək, əsasən onun ev dustaqlığına buraxılması üçün vəsatət qaldıracaq.

Xəbər 1268 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +