Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə
Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb
Əvəz Zeynallı Türkiyədə müalicələrə başlayıb
Dövlət İmtahan Mərkəzində nə baş verir?
Ölən şəxsin pensiya kapitalından kimlər istifadə edə bilər?
Masallıda gənc oğlan sevgilisinin saçını qırxdı
Bu yol son 20 gün ərzində ikinci dəfə çöküb - Video


23.05.2023  12:23 

Daha bir partiya özünü buraxıb





A+  A-

Vətəndaş Birliyi Partiyası (VBP) fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb.

Partiya 1999-cu ildə Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun rəhbərliyi altında yaradılıb. Partiyada 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranıb, partiya katibi İqbal Ağazadə və qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünüb. İqbal Ağazadənin rəhbərlik etdiyi qüvvələr 15 mart 2002-ci il tarixində Ümid Partiyasına birləşib.

2003-cü ildə Ayaz Mütəllibov rəhbərlik etdiyi partiyanın Azərbaycan Sosial Demokrat Partiyası ilə birləşməsi ilə bağlı qərar qəbul edib, lakin partiya katibi Sabir Hacıyev bununla razılaşmayıb və partiyanın rəhbərliyinə keçib. Nəticədə Ayaz Mütəllibov istefa verərək Azərbaycan Sosial Demokrat Partiyasına üzv olub.

Sabir Hacıyev 2005, 2010, 2015 və 2020-ci illərdə parlamentin deputatı seçilib.

Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Fəaliyyətinə son verən partiyaların sayı 22-ə çatıb./Modern.az

Xəbər 1333 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +