Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə
Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb
Əvəz Zeynallı Türkiyədə müalicələrə başlayıb
Dövlət İmtahan Mərkəzində nə baş verir?
Ölən şəxsin pensiya kapitalından kimlər istifadə edə bilər?
Masallıda gənc oğlan sevgilisinin saçını qırxdı
Bu yol son 20 gün ərzində ikinci dəfə çöküb - Video


19.05.2023  19:23 

Sabitlikdə maraqlıyıq... - Ceyhun Bayramov





A+  A-

Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülhün və sabitliyin bərqərar edilməsində maraqlıdır.

XəzərNews.az xəbər verir ki, bu barədə mayın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.

Sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayan Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqlarda, eləcə də nəqliyyat-kommunikasiyaların açılması prosesi üzrə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

Nazir, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrinin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb.

Xəbər 1362 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +