Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


16.10.2021  20:57 

Təbii qaz üzrə yeni qiymətlərin tətbiqinə nə vaxtdan başlanacaq?





A+  A-

Tarif Şurasının qərarına əsasən təbii qaz üzrə qiymətlərin tətbiqinə noyabrın 1-dən başlanacaq. Oktyabrda isə qiymətlər əvvəlki tariflə hesablanacaq.

Belə ki, indiki tarifə əsasən qazın 1200 kubmetrədək 1 kubmetrinin qiyməti 10 qəpik, 1200-2500 kubmetr arasında 20 qəpik, 2500 kubmetrdən yuxarı 25 qəpik hesablanır.

XezerNews xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, yeni tarifdə əsasən əhali abonentləri üzrə qazın 1200 kubmetrə qədər 1 kubmetrinin qiyməti 10 qəpikdən 12 qəpiyə qaldırılıb. Digər tariflər üzrə əhali abonentlərində dəyişiklik olmayıb.

“Sənaye və kənd təsərrüfatı üzrə qazın bir kubmetri 20 qəpik idisə, yeni tariflə bu, 22 qəpik oldu. Digər müəssisələr üzrə isə tarifdə dəyişiklik olmayıb. Qazanxanalar üzrə tarifdə də dəyişiklik edilib, qazın 1 kubmetrinin qiyməti 13 qəpikdən 16,5 qəpiyə qalxıb. Qeyd edim ki, qazın topdan satış qiyməti də dəyişib. Əvvəllər “Azəriqaz” olaraq qazın topdan satışını “Azərkontrakt” şirkətindən 110 manata alırdıq. Yeni tarifdən sonra bu məbləğ 118 manat olub”, - deyə İB-nin baş direktoru vurğulayıb.

Ruslan Əliyev əlavə edib ki, tariflərin tənzimlənməsində bir sıra səbəblər var. Bunlara dünya bazarında bir çox məhsulların, o cümlədən qaz təsərrüfatında istifadə olunan avadanlıqların qiymətindəki artımı misal göstərmək olar. Bu artım ümumi qazın topdan satış qiymətinə təsir edir. Bu da qazın pərakəndə satış qiymətində əksini tapır.



Xəbər 1558 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +