Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


10.03.2021  10:07 

Ermənistan Baş Qərargah rəisi bu gündən vəzifəsindən azad edildi





A+  A-

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan vəzifəsindən azad edilib.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Qasparyan 10 mart tarixindən etibarən vəzifəsindən azad edilmiş sayılır, çünki respublika Prezidenti bu mövzuda Baş nazir tərəfindən təqdim edilmiş fərman layihəsini imzalamayıb və qanunla müəyyən edilmiş müddətdə Konstitusiyaya Məhkəməsinə müraciət etməyib. Bu barədə Ermənistan hökumətinin saytında yayımlanan Baş nazir Nikol Paşinyanın bəyanatında bildirilib.

Bəyanatda qeyd olunur ki, “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” Qanunun müddəalarını rəhbər tutaraq, 25 fevral 2021-ci ildə Prezidentə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi təklifi müvafiq fərman layihəsi də əlavə olunaraq təqdim edilib.

“Prezidentin Baş nazir tərəfindən təqdim olunan layihəni imzalamaması və “Hərbi vəzifə və hərbi qulluqçu statusu haqqında” Qanunun 35.1-ci maddəsinin 3-cü hissəsində müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinə müraciət etməməsini nəzərə alaraq, Konstitusiyanın 139-cu maddəsinin 3-cü hissəsini, habelə “Hərbi xidmət və hərbi qulluqçu statusu haqqında” Ermənistan Respublikası qanununun 35.1-ci maddəsinin 6-cı hissəsini və 40-cı maddəsinin 3-cü hissəsini əsas götürərək, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyan 10 mart 2021-ci ildən etibarən vəzifəsindən kənarlaşdırılmış hesab olunur”,- deyə Ermənistan Baş nazirinin bəyanatında vurğulanıb.

Ötən gün isə Ermənistan Prezidentinin Administrasiyası bəyanat yayaraq Armen Sarkisyanın Baş Qərargah rəisi Onik Qasparyanla bağlı Konstitusiya Məhkəməsinə müraciət etməsi üçün son tarixin olmadığını qeyd edib. Bəyanatda vurğulanır ki, respublika Prezidenti tezliklə Konstitusiya Məhkəməsinə müraciət edərək, artıq elan edilmiş “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanunun Konstitusiyaya uyğunluğunun müəyyənləşdirilməsini tələb edəcək.

Xatırladaq ki, fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Buna cavab olaraq Paşinyan çevriliş cəhdini bəyan edib və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə qərar imzalayaraq, onu Prezident Armen Sarkisyana göndərib.

Sarkisyan isə öz konstitusiya səlahiyyətləri çərçivəsində Qasparyanın vəzifəsindən azad edilməsi haqqında qərarı hökumət rəhbərinə geri qaytarıb.

Daha sonra Paşinyan Qasparyanın vəzifədən azad edilməsi barədə Prezidentə təkrar müraciət ünvanlayıb.



Xəbər 1996 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +