Bu rayonda yas verilməsi ləğv edildi
Dönər kəskin bahalaşdı: Səbəbi bəllidir
“Əməliyyatdan 4 gün sonra burnum qaraldı...“ - Şikayət
Sabahın havası: Yağış və 35° isti
Tramp qubernatordan üzr istəməsini tələb edib
Krasnoyarsk meri Vladislav Loginov saxlanılıb
Vüqar Gülməmmədova ağır itki üz verib
Kamran Haqnəzərov yenə qalib oldu – Foto/Video
Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?
Müharibəni dayandırmağa çox yaxınlaşmışıq-Vladimir Zelenski


03.01.2019  14:02 

“Nobel”dəki yol yenə çökdü





A+  A-

Nobel prospektində bərpa olunan yol yenidən çöküb.
XəzərNews.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli hadisə ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ərazidə su sızması olduğu üçün hələ də araşdırma işləri aparılır:

“Əvvəl də qeyd etdiyimiz kimi, ərazidə su sızması halının olduğu bildirlir. Bu halda biz hər hansı bir iş görə bilmirik. Sadəcə səbəb müəyyən olunduqdan sonra biz bərpa işlərinə başlaya bilərik. Əks təqdirdə su axır və çökmə hadisəsi yenidən baş verir”.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı da “Qafqazinfo”ya açıqlamasında bildirib ki, çökmə baş verən ərazidə Azərsu ASC-nin balansında olan hər hansı bir su və kanalizasiya xəttində su sızması halı müşahidə olunmayıb:

“Hazırda iki qrupumuz ərazidə işləyir. Birinci briqada georadar qrupudur. Torpağın altındakı qrunt sularının səviyyəsi və qruntun tərkibini öyrənməklə məşğuldur.

Ərazidə torpağın 24 metr dərinliyindən bir xəttimiz keçir və Bakının əsas plan sularını da o daşıyır. İkinci briqada isə sözügedən quyuya daxil olub daxildən inyeksiya edirlər ki, kənardan qrunt suları bizim xətlərimizə daxil olmasın. Çünki qrunt suları özü ilə birlikdə torpağı da yuyur və bu zaman çökmə hallarıın baş verməsi labüddür. Bunlar ehtimallardır.

Mütəxəssislərimiz yoxlayıb və “Azərsu”nun hər hansı bir xəttində sızma yoxdur. Əksinə, qrunt sularının bizim kollektorlara daxil olması ehtimalı var”.

Qeyd edək ki, yol dekabrın 24-də də çökmüşdü.

Xəbər 1521 dəfə oxunub.



08.06.2025  18:54 

Mirzoyan Fransaya səfər edəcək

08.06.2025  18:26 

Bu ölkədə güclü zəlzələ

08.06.2025  18:03 

Hacıqabulda yaşayış ev yanıb

08.06.2025  17:44 

Ronaldo bu klubdan imtina edib?


BÜTÜN XƏBƏRLƏR +