Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


03.01.2019  10:44 

Bakıda bu məhsullar bahalaşıb – SİYAHI





A+  A-

2018-ci ilin noyabr ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri oktyabr ayına nisbətən 0,4 faiz bahalaşıb, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz, xidmətlərin qiymətləri 0,4 faiz bahalaşıb.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak bazarında “Ət məhsulları” qrupu 0,2 faiz, “Süd məhsulları, pendir və yumurta” qrupu 0,3 faiz, “Tərəvəzlər” qrupu 4,7 faiz, “Qənd, cem, bal, şokolad və konfetlər” qrupu 0,2 faiz, “Digər kateqoriyalara aid edilməyən yeyinti məhsulları” qrupu 0,5 faiz, “Qəhvə, çay, kakao” qrupu 0,9 faiz, “Mineral sular, sərinləşdirici içkilər və şirələr” qrupu 0,2 faiz, “Araq, brendi (konyak)” qrupu 3,4 faiz, “Çaxır” qrupu 0,9 faiz, “Tütün məmulatları” qrupu 1,0 faiz bahalaşıb.

2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən qeyri-ərzaq məhsullarından “Geyim” qrupu 0,3 faiz, “Ayaqqabı” qrupu 0,1 faiz, “Mebel və ev əşyaları” qrupu 0,1 faiz, “Məişət cihazları” qrupu 0,3 faiz, “Evə qulluq etmək üçün lazım olan məhsullar” qrupu 0,3 faiz, “ Tibb təyinatlı digər məhsullar“ qrupu 0,3 faiz, “Müalicə ləvazimatları və cihazları” qrupu 0,9 faiz, “Velosipedlər” qrupu 2,7 faiz, “Foto-kino avadanlıqları və optik cihazlar” qrupu 0,5 faiz, ”Məlumatın işlənməsi üçün avadanlıqlar” qrupu 0,1 faiz, “Dəftərxana ləvazimatı və şəkil çəkmək üçün ləvazimat” qrupu 2,1 faiz, “Şəxsi gigiyena üçün digər məmulatlar” qrupu 0,1 faiz, “Sair şəxsi istifadə əşyaları” qrupu 0,6 faiz bahalaşıb.

2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən “Paltarların təmizlənməsi, təmiri və kirayəsi” qrupu 0,5 faiz, “İcarəçi tərəfindən faktiki ödənilmiş icarə haqqı“ qrupu 0,4 faiz, “Avtomobillərin təmiri” qrupu 0,7 faiz, “Restoranlar və kafelər tərəfindən yeməklə təmin edilmə xidmətləri” qrupu 1,4 faiz, “Mehmanxana xidməti” qrupu 1,7 faiz, “Bərbərxana və kosmetik xidmətlər” qrupu 0,5 faiz, “Sadalanan kateqoriyalara aid edilməyən digər xidmətlər” qrupu 1,0 faiz bahalaşıb.

Xəbər 1291 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +