“Əməliyyatdan 4 gün sonra burnum qaraldı...“ - Şikayət
Sabahın havası: Yağış və 35° isti
Tramp qubernatordan üzr istəməsini tələb edib
Krasnoyarsk meri Vladislav Loginov saxlanılıb
Vüqar Gülməmmədova ağır itki üz verib
Kamran Haqnəzərov yenə qalib oldu – Foto/Video
Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?
Müharibəni dayandırmağa çox yaxınlaşmışıq-Vladimir Zelenski
Həmin sosiska Azərbaycana gətirilib? — AQTA-dan Rəsmi açıqlama
Əhali ən çox nələrə pul xərcləyir? – Siyahı


11.08.2017  13:12 

Hüseyn Abdullayevdən Ziya Məmmədovun qardaşına sərt cavab





A+  A-

"Qardaşın "kaznit" ediləndə niyə səsin çıxmırdı?!"
Keçmiş millət vəkili, hazırda Almaniyada mühacirətdə yaşayan Hüseyn Abdullayev sabiq nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədovun müsahibədə işlətdiyi bəzi fikirlərə cavab verib.

O, özünün facebokk səhifəsində bu barədə yazıb.
XəzərNews.az Musavat.com-a istinadən H.Abdullayevun həmin statusunu kiçik ixtisarla dərc edir.

Əziz həmvətənlərim!!!

Mən şübhə etmirəm ki, sizlər ölkə daxilində baş verən prosesləri, eləcə də heç bir əxlaq çərçivəsinə sığmayan biabırçılıqları diqqətlə izləyirsiniz. Elə bu baxımdan da hadisələrə detallı fikir bildirməyə ehtiyac görmürəm.

Lakin iki gün öncə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı və bir vaxtlar güya “millət vəkili`` olmuş Elton Məmmədovun başından böyük verdiyi bir açıqlamasına diqqət yetirmənizi xahiş edirəm. Deməli, “adam” xaricdə yaşayan bütün soydaşlarımızı şərəfsiz adlandırır. Hesab edirəm, bu açıqlamanın nə qədər provakativ olub-olmamasından asılı olmayaraq, fikir bildirməliyəm.

Əvvəla, onu deyim ki, öz ana yurdunu tərk etməyə məcbur qalan muhacirlərin şərəfinə şübhəylə baxan insanların nəsli, sülaləsi və var-yoxları şərəfsizdir. İkincisi, ey şərəf lövhəsində ən yuxarıda duran zat, əgər elə cəsarətlisənsə, niyə qardaşı “kaznit” ediləndə, cəzalandırılanda, sənin cınqırın belə çıxmadı?!. Yoxsa səsin tutulmuşdu, ay bədbəxt?!.

Mən 2007-ci ildə millət vəkili olarkən (yəni Almaniyada deyil, elə Azərbaycanda yaşayarkən) hökümətin yarıtmaz fəaliyyətini üzünə tənqid etdiyimdə, sənin kimi “divarzadələr” mənə qarşı çıxıb, parlamentdə mənimlə baglı çağırılmış “fövqaladə iclas”da həbs olunmağımı tələb etdiniz. Məgər mən bilmirdimmi hakimiyyəti tənqid etdiyim üçün həbs ediləcəm? Və yaxud bilmirdimmi ki, mənim də mülkiyyətimə həbs qoyulacaq? Əlbətdə bilirdim, özü də çox yaxşı bilirdim. Amma həmin vaxt qarşımda iki həyati önəm daşıyan seçim var idi: ya özümü təsdiq edib, mənliyimi və bütün var dövlətimdən üstün olan adımı qorumaq, ya da nəfsimə təslim olub sürünərək, eyni zamanda öz gözümdən düşərək kölə hayatını davam etmək. Onu da tam səmimiyyətimlə qeyd edim ki, çəkdiyim bu əziyyətlərə və bəzən də qəlbimdə acı iz buraxan xatirələrə baxmayaraq, xoşbəxtəm. Çünkü bu günə kimi öz keçmişimdən utanacaq və kiminsə qarşısında xəcalət çəkəcək heç bir addım atmamışam. Və ən əsası ona görə ki, mənsub olduğum və canım qədər sevdiyim Azərbaycan xalqına xəyanət etməmişəm. İndiki hakimiyyətdən fərqli olaraq.

Xəbər 1901 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.06.2025  18:54 

Mirzoyan Fransaya səfər edəcək

08.06.2025  18:26 

Bu ölkədə güclü zəlzələ

08.06.2025  18:03 

Hacıqabulda yaşayış ev yanıb

08.06.2025  17:44 

Ronaldo bu klubdan imtina edib?

08.06.2025  17:03 

Sabahın hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +