Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı
“BMW” idarəetməni itirərək hasara çırpıldı - Video
Azərbaycanda qızılca xəstəliyi ilə bağlı... - Açıqlama
Ələt-Astara yolunda avtoxuliqanlıq etdi, həbs olundu
Ruslar Odessada doğum evini vurdu
Bulvarda dənizdən tapılan meyit kimindir?


11.08.2017  09:32 

Nəticələr 3 gün ərzində elan olunacaq





A+  A-

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi bu gün səhər 9.00-da başa çatıb. Nəticələr yaxın 3 gün ərzində elan olunacaq. Daha sonra boş qalan yerlərə əlavə qəbul aparılacaq.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə I –IV qruplar üzrə müsabiqəyə buraxılmış abituriyentlərin ixtisas seçimi iyulun 29-da başlayıb, avqustun 11-də saat 9.00-da yekunlaşıb.

V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də elektron ərizələrində ixtisas seçimini yekunlaşdırıblar.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi əvvəlcədən elan etmişdi ki, ixtisas seçimi avqustun 10-da gecə saat 23:59-da başa çatacaq. Amma müddət bu gün səhər saat 9.00-dək uzadılıb.

Xatırladaq ki, I qrupda 13805 qəbul yeri üçün 12086 nəfər abituriyent müsabiqəyə buraxılıb.

II qrupda 12924 yer uğrunda 10439 nəfər abituriyent mübarizə aparır.

III qrupda 9769 yer var, müsabiqəyə 10181 nəfər abituriyent buraxılıb.

IV qrupda 3220 qəbul yerinə 3084 nəfər abituriyent düşməyə çalışacaq.

Xəbər 1672 dəfə oxunub.




10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +