Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


19.12.2021  10:21 

Polisin qanuni tələblərinə tabe olmadı - 8 sutka aldı





A+  A-

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman 90-VE-205 dövlət qeydiyyat nişanlı, “Niva” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud surətdə pozduğuna və avtomobilinə konstruksiya dəyişikliyi etdiyinə görə saxlanılıb.

XəzərNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupuna istionadən xəbər verir ki, bu zaman sürücü-Ağstafa rayon sakini, Zülfüqar Vəliyev polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq, onlarla sözlü münaqişə yaradıb və ictimai asayişi kobud surətdə pozub. Bununla bağlı olaraq Z.Vəliyev saxlanılaraq RPŞ-yə gətirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Z.Vəliyev 8 sutka müddətinə inzibati qaydada həbs edilib.

Xəbər 1575 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +