Şamaxıda kürəkən qayınatasını qətlə yetirib
Sabiq deputat həbsdən çıxmamış daha 9 il iş aldı
Ağdamda polis əməkdaşı minaya düşdü
Sabahdan qohum evliliyinə son... - Azərbaycada
Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb


16.08.2022  10:11 

“Qorxmursan ki, bizdə “kasetin“ olar və onu yayarıq“





A+  A-

"Əvvəllər 28 May metrosunun yanında yerləşən ləğv edilmiş Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsidə dəfələrlə dindirildiyimi yazmışam, müxtəlif qondarma işlərlə bağlı gah şahid, gah da şübhəli şəxs kimi ifadə vermişəm".

XəzərNews.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli çıxış edib.

"Növbəti dindirilmədə çox sərt söhbət alındı, müstəntiqlərdən biri, "qorxmursan ki, bizdə "kasetin" olar və biz də onu intetnetdə yayarıq", deyərək xox gəlmək istədi. Mən də dedim ki, əgər elə bir "kaset" varsa onu internetdə havayı yayan ən axmaq adamdı, yazın diskə verin mənə kinoteatrların biri ilə danışıb 10 manatdan bilet satıb özüm göstərəcəm, həm pul qazanaram, həm də camaat bir "incəsənət" görər. O gündən sonra bir daha mənimlə "kaset" söhbəti olmadı" -deyə N.Cəfərli qeyd edib.

İqtisadçı bildirib ki, biz cəmiyyət olaraq "kasetlərə" bu qədər düşkün olmasaq bu alətdən" hakimiyyət də heç kimə qarşı istifadə etməz - edirsə, deməli günah özümüzdə, bu məsələyə qeyri-sağlam marağımızdadır.

Xatırladaq ki, dünən Fövqaladə Hallar Nazirliyinin tabeçiliyində olan hərbləşdirilmiş qurumlardan birinin kabinetlərində iş zamanı rəhbər vəzifəli əməkdaşların intim işlərlə məşğul olduqlarına dair görüntülər yayılıb. Videodakı seks partnyorundan biri FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Fizuli Əsədovun koməkcisi, polkovnik Zaur Mirzəyev, qadın isə məxfi şöbənin xanım rəisidir.

Xəbər 2929 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +