Partlayışla bağlı cinayət işi başlandı
Deputat özünü necə ifşa etdi?
Bu ödənişlərdə ƏDV-nin yarısını geri ala biləcəksiniz
TƏBİB minaya düşən polislə bağlı məlumat yaydı
Hüseyn Büyükfıratın oğlunun ölüm səbəbi məlum olub
Bakıda ən çox əmək haqqını kimlər alıb?
Şamaxıda kürəkən qayınatasını qətlə yetirib
Sabiq deputat həbsdən çıxmamış daha 9 il iş aldı
Ağdamda polis əməkdaşı minaya düşdü
Sabahdan qohum evliliyinə son... - Azərbaycada


29.01.2018  16:29 

Yol polisi sürücüyə fiziki güc tətbiq edə bilər?...





A+  A-

Bir neçə gün öncə “Naz Lifan” markalı avtomobillə bir neçə küçə və prospektlərdə xidmət aparan Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarının verdiyi "Saxla!" əmrinə tabe olmayan sürücü saxlanılmışdı.
Əmrə tabe olmayan sürücünün idarə etdiyi avtomobili iki YPX ekipajı təqib edib. Avtomobil "tələ əməliyyatı" ilə Nobel prospektində saxlanılıb. Avtomobil saxlanıldıqdan sonra sürücü qaçmağa cəhd göstərsə də, YPX əməkdaşlarının sayıqlığı nəticəsində tutularaq məhkəmə orqanlarına təhvil verilib. Qaçmağa cəhd edən sürücünün saxlanılması zamanı qeydə alınan görüntülərdə polis əməkdaşlarının fiziki güc tətbiq etmələri müşahidə olunur. Bu görüntülər birmənalı qarşılanmayıb.
Yol polisinin fiziki güc tətbiq etməsi doğrudurmu?

XəzərNews.az-ın xəbərinə görə, məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, polisinin saxla tələbinə əməl qoymursa, qaçıb getmək istəyirsə, o halda polis əməkdaşının fiziki qüvvə tətbiq etmək səlahiyyəti var.

“Bunun fərqi yoxdur, həmin polis YPX əməkdaşıdır, Post Patrul xidmətinin və ya Çevik Polis Alayının əməkdaşıdır. “Polis haqqında” qanunda konkret göstərilir ki, hansı hallarda polis əməkdaşı fiziki qüvvədən istifadə edə bilər, hansı hallarda odlu silahdan istifadə edə bilər. Bunların hamısı “Polis haqqında” qanunla tənzimlənir”.

Xəbər 3049 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +