Deputat özünü necə ifşa etdi?
Bu ödənişlərdə ƏDV-nin yarısını geri ala biləcəksiniz
TƏBİB minaya düşən polislə bağlı məlumat yaydı
Hüseyn Büyükfıratın oğlunun ölüm səbəbi məlum olub
Bakıda ən çox əmək haqqını kimlər alıb?
Şamaxıda kürəkən qayınatasını qətlə yetirib
Sabiq deputat həbsdən çıxmamış daha 9 il iş aldı
Ağdamda polis əməkdaşı minaya düşdü
Sabahdan qohum evliliyinə son... - Azərbaycada
Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi


16.05.2017  10:57 

Elmlər Akademiyasında “Qaynar xətt” yaradılacaq





A+  A-

Azərbaycan Milli Elmlər Akademiyasında magistraturaya sənəd qəbulu ilə əlaqədar “Qaynar xətt” yaradılacaq.
XəzərNews.az-ın məlumatına görə, bu barədə AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov bildirib.

2017/2018-ci tədris ili üçün AMEA-nın institutlarında magistraturaya aparılacaq qəbul prosesi ilə bağlı Müsahibə Komissiyalarını diqqətli olmağa çağıran Ə.Sadıqov bildirib ki, sənəd verənlərin çoxsaylı suallarının olduğunu nəzərə alaraq, “Qaynar xətt” xidməti təşkil ediləcək.

Ə.Sadıqov son illər elmlə təhsilin inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə Akademiyada geniş islahatlar aparıldığını bildirib. Qeyd edib ki, islahatlar çərçivəsində yaradılan Təhsil şöbələrinin rəhbərləri AMEA-nın, eləcə də Azərbaycan Respublikasının təhsillə bağlı müvafiq qanunvericilik aktlarını mükəmməl bilməli və mübahisəli məsələlərdə bu sənədlərə istinad etməlidirlər.

Elm və Təhsil İdarəsinin Doktorantura şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov doktorant və dissertantların minimum imtahanlarının 22 may tarixindən etibarən keçiriləcəyini bildirib.


Xəbər 2987 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +