Partlayışla bağlı cinayət işi başlandı
Deputat özünü necə ifşa etdi?
Bu ödənişlərdə ƏDV-nin yarısını geri ala biləcəksiniz
TƏBİB minaya düşən polislə bağlı məlumat yaydı
Hüseyn Büyükfıratın oğlunun ölüm səbəbi məlum olub
Bakıda ən çox əmək haqqını kimlər alıb?
Şamaxıda kürəkən qayınatasını qətlə yetirib
Sabiq deputat həbsdən çıxmamış daha 9 il iş aldı
Ağdamda polis əməkdaşı minaya düşdü
Sabahdan qohum evliliyinə son... - Azərbaycada


12.05.2017  17:08 

Sona Vəliyeva 700 bal toplayan abituriyentlə görüşdü - VİDEO





A+  A-

Kaspi Abituriyent kurslarının məzunu, I ixtisas qrupu üzrə ali məktəblərə keçirilmiş qəbul imtahanında 700 bal toplamış Vahab Cəbrayılov 11 may tarixində ailəsi ilə birlikdə “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyevanın qonağı olub.
XəzərNews.az xəbər verir ki, dəyirmi masa arxasında baş tutan görüşdə “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva Vahabı, onun ailəsini, həmçinin Kaspi Elmlər filialında Vahaba dərs keçmiş müəllimləri təbrik edib, bu nailiyyətin əldə olunmasında əməyi keçən hər kəsə öz təşəkkürlərini bildirib.

Çıxışı zamanı Sona Vəliyeva “Kaspi” Təhsil Şirkətinin 2017-ci ildə 10 yaşının tamam olması münasibəti ilə “Kaspi” təqaüdünün təsis olunması və bu təqaüdün ilk sahibi kimi Vahab Cəbrayılovun seçilməsi xəbərini də verib. Təsisçi, Vahabın ali təhsil alacağı illər ərzində bu təqüdü alacağı, bundan başqa, tələbənin xaricdə təhsil alacağı təqdirdə “Kaspi” Təhsil Şirkəti olaraq həm maddi, həm də mənəvi dəstəklərini əsirgəməyəcəkləri vədini verib.

Görüşdə iştirak edən, Kaspi Elmlər filialının direktoru, həm də Vahab Cəbrayılova ingilis dili dərslərini tədris edən Rəsul Ağayev Vahab haqqında danışarkən qeyd edib ki, onlar hələ bir il bundan qabaq, Vahabın “Kaspi” kurslarına müsabiqə əsasında qəbul olunduğu zaman istedadına bələd olub, nəticə etibarı ilə, Vahab və onun kimi digər istedadlı uşaqların Xüsusi istedadlılar qrupunda təhsil almalarını təmin etmişdilər.

Sonda öz ürək sözlərini söyləyən Vahab Cəbrayılov da ilk növbədə özünün ilk və ibtidai sinif müəllimi olan anasına, təhsil aldığı Lahıc məktəbinin müəllim heyətinə və 1 il müddətində ona hər bir şəkildə dəstək olan Kaspi Abituriyentin müəllimlərinə minnətdarlığını bildirib, bundan sonra isə bir tələbə və bir vətəndaş kimi hər zaman Azərbaycanın adını uca tutmağa çalışacağını söyləyib.

VİDEO

Xəbər 4039 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +