PA-ya “işə düzəlmək“ istədi, 3000 manatından oldu
Anar sədrlikdən gedəcəyi vaxtı açıqladı
Zelenski ona Ukraynanın baş naziri vəzifəsini təklif edib
Hərbi Prokurorluğda yeni təyinatlar olub
Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda
TRT-də PKK təsiri: Urmiya kürd şəhəridir?
Kramatorskda rus məhbuslar qaçıb
Paşinyan Brüsseldə kimlərlə görüşüb?
Onlar da Kremilin hədəfində...
Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi


06.07.2025  11:52 

İran şimal sərhədlərinə Türkiyə və Pakistan hərbçilərini dəvət edə bilər - Politoloq





A+  A-

İranın son günlərdə artan xətlə Azərbaycanı hərbi hədəfə götürməsi, hər cür təhqirli ifadələr işlətməsi, Azərbaycanın və ölkə Prezidenti İlham Əliyevin uğurlarının artması ilə əlaqədardır.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, Azərbaycan Xankəndində bütün İslam dünyası üçün fayda verə bilən tədbirə ev sahibliyi etdi:

“Xüsusi hal isə İran prezidentinin bu tədbirə gəlməsi və orada keçirdiyi görüşlər idi. Azərbaycan Prezidenti M.Pezeşkianı çox yüksək səviyyədə qarşıladı. Bəzi davranışlarına görə M.Pezeşkianın, Cənubi Azərbaycanlı qardaşımızın hətta o tədbirin ev sahibi kimi hiss etdiyini görmək olardı. İran Azərbaycan dövlətinin inkişafını, xüsusən də İlham Əliyevin həm bacarığı, həm də artan nüfuzunu qəbul edə bilmir. Ona görə Azərbaycana ağlına gələn şeyləri uydurur. Bunlardan ən təhlükəlisi “Azərbaycanda guya indi də İsrail ordusu var” fikirləridir. İsrail Azərbaycanla razılaşıb, İrana hücuma keçibmiş. İsrailin İrana qalib gələcəyi təqdirdə Azərbaycan da qoşunlarını yığıb, Cənubi Azərbaycanı öz əlinə keçirəcəkmiş. Bu fikir müxtəlif variantlarda işlənir. Hətta getdikcə bu fikrin aqressivliyi də artır”.

M.Əhmədoğlu qeyd edib ki, Azərbaycan İrana hücum etməyəcək, Azərbaycanın siyasəti hücum deyil:

“Biz ancaq torpaqlarımızı işğaldan azad etmişik. İran əgər elan etsə ki, Cənubi Azərbaycanı işğal edib, biz o torpaqları da hərbi yolla azad edəcəyik. Siyasi proseslərin qanunauyğunları var. Cənubi Azərbaycandakı soydaşlarımız da vəziyyətin gedişini görür. İran təbliğatının nə deməsindən asılı olmayaraq proseslərin müəyyən dönüş nöqtəsi var. Həmin dönüş nöqtəsinə çatan kimi oradakı soydaşlarımız da lazım olan addımı atacaqlar və biz də onların yanında olacağıq”.

Politoloqun fikrincə, indi İranın isterikasını dayandırmaq mümkün deyil:

“İran hərbi gərginlik yarada bilər. Bu İrana çox baha başa gələ bilər. İsrail Azərbaycanla sərhəddə heç bir iş görməyib, görə də bilməz. Azərbaycanın gücü onun müstəqilliyini ABŞ, Rusiya kimi fövqəldövlətlərin qarşısında müdafiə etməyə imkan verir. İran xələl gətirə bilər. İsraili həm İranın içindən təmizləmək, həm də Azərbaycan tərəfindən təhlükə amilini azaltmaqdan ötrü ən yaxşı variant İranın Pakistan və Türkiyə qoşunlarını özünün şimal, yəni Ermənistan, Azərbaycan və Türkiyənin sərhədlərinə qədər əraziyə dəvət edə bilər”.

M.Əhmədoğlu əlavə edib ki, İran Pakistan ordusunu hətta İran daxilinə sala bilər:

“Bəlli oldu ki, İranın daxilində olan bütün Hindistan şirkətləri İsrail üçün işləyirmiş. İranın Hindistana isti münasibətinin səbəbi isə Hindistanın Pakistanla düşmənçiliyidir. Pakistana düşmən, Ermənistana hərbi müttəfiq olan Hindistanı İran bu vaxta qədər mükafatlandırıb. İran bilirdi ki, Hindistan həm də İsrailin müttəfiqidir. İndi belə ağır nəticə ilə rastlaşdı. İsrailə qarşı mübarizə aparmaq istəyirsə, nümayişkaranə şəkildə Pakistan hərbçiləri, xüsusi xidmət orqanları Hindistanın İrandakı strukturlarını təmizləməli və əvəzində təbii ki, rəsmi Tehranın icazəsi ilə Pakistan öz strukturlarını yerləşdirməlidir. Bu İranın İsraildən özünü qoruması istiqamətində böyük addım ola bilər.

İsrailin son hücumunda İran Türkiyə və Pakistanın onu müdafiə etməsindən həmişə razı qalıb. Şimal sərhədlərində və daxilində bu iki dövlət İslamçılığa və İranın ərazi bütövlüyünə sadiqlik göstərəcəklər”.



Xəbər 1646 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi


BÜTÜN XƏBƏRLƏR +