Dələduzluq əməlində ittiham olunurdu, azadlığa buraxıldı
Onlayn mərc və qumar oyunları təşkil edən dəstə ifşa edildi
Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?


01.08.2025  11:25 

Məşhur karaoke klubu bağlandı





A+  A-

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, ev 103C ünvanında yerləşən "Icon-karaoke" klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çox sayda nöqsan aşkarlanıb.
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olması barədə müvafiq sənədlər mövcud deyil;

- obyektin elektrik təsərrüfatına və elektrik qurğularına profilaktiki baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməyib;

- obyektdə sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur;

- obyekt havadəyişmə ventilyasiya qurğusu ilə təmin olunmayıb;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

- obyektdə layihədən kənar taxta materiallardan istifadə olunmaqla arakəsmə otaqlar quraşdırılıb;

- obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nərimanov rayonu, ev 103C ünvanında yerləşən "Icon-karaoke" klubunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.



Xəbər 195 dəfə oxunub.




06.08.2025  22:23 

Dissertasiya səviyyəli kitab

06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +