Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


24.11.2020  11:48 

“Bəzən diş və qulaq həkimi də “COVID”ə görə dərman yazır”





A+  A-

“Hər tibb universitetini bitirən şəxs insanlara dərmanla bağlı məsləhət verə bilməz. Bəzən diş həkimi də, qulaq həkimi də “COVID”lə mübarizə üçün dərman yazır. Əgər kimsə nə vaxtsa Tibb Universitetini bitiribsə, o dərman yaza bilməz. Dərman yazmaq üçün hər sahənin mütəxəssisi olmalıdır. Apteklərdə gün ərzində reseptsiz antibiotik alan insanları görəndə çox təəssüflənirəm”.
XəzərNews.az xəbər verir ki, bu barədə Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib.

O qeyd edib ki, son günlər koronavirusa yoluxanların sayının artması göstərir ki, xəstəliyin gedişatında xoşagəlməyən artım davam edir. Kütləvi toplanma yerlərində insanların pandemiya qaydalarına düzgün riayət etməməsi bu xəstəliyə yoluxma hallarının çoxalmasına gətirib çıxarıb:

“Xəstəliyin artması, ağırlaşma və ölüm hallarının çoxalmasının əsas səbəblərindən biri xəstənin gec müraciət etməsidir. Xəstələr çalışır ki, bir həftə, 10 gün evdə özlərini müalicə etsinlər. Vəziyyət ağırlaşanda isə həkimə müraciət edirlər. Təbii ki, bu zaman gec olur, həkim də artıq hansı antibiotikdən istifadənin xəstə üçün yaxşı olacağını seçməkdə çətinlik çəkir”.

N. Mürsəlova bildirib ki, kiminsə yaxınında kimsə antibiotiklərlə müalicə olunub və vəziyyəti düzəlibsə, o da həmin müalicədən istifadə etməyə çalışır. Lakin bu, düzgün yanaşma deyil: “Antibiotikləri həkim yazmalıdır. Eyni müalicəni hər bir insana tətbiq etmək olmaz”.

Xəbər 2417 dəfə oxunub.




01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +