Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


31.01.2018  11:36 

Dövlət bu bəladan qurtarmaq üçün proqram hazırlayıb





A+  A-

Talassemiya Mərkəzinin publik-hüquqi şəxs olması talassemiyalı xəstələrə ödənişli xidmətin göstərilməsi anlamına gəlmir.
XəzərNews.az xəbər verir ki, bu sözləri Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov jurnalistlərə açıqlamasında deyib.

V.Hüseynov bildirib ki, Talassemiya Mərkəzinə publik hüquqi şəxs statusunun verilməsinin əsas məqsədi mərkəzi maddi texniki bazasının daha da təkmilləşdirilməsi və müasir səviyyəli labiratoriyanın əhalinin digər qrupuna da xidmət göstərilməsini təmin edilməsidir:

“Mərkəzdə qeydiyyatda olmayan şəxslər də artıq bizim laboratoriyaların imkanından yararlana biləcək. Talassemiyalı xəstələrə dövlət tərəfindən göstərilən qayğı daha da yaxşılaşdırılacaq. Bu xəstələrə heç bir ödənişli xidmətdən söhbət gedə bilməz. Məqsədimiz talssemiyalı xəstələrin müalicə üçün xarici ölkələrə getməməsidir. Bu gün biz ona nail olmuşuq. Ölkəmizdə ilk dəfə olaraq talasemiyalı xəstələrdə dəmir yükünün müəyyən edilməsi üçün Maqnit rezonans tomoqrafiya xidmətləri göstərilir”.

V.Hüseynov bildirib ki, talassemiya daşıyıcılarının ailə qurması səbəbi ilə son illərdə xəstələrin sayında artım müşahidə edilirdi. Dövlət tərəfindən qəbul olunan proqramlar əsasında nikaha daxil olan cütlüklərin yoxlanılması nəticəsində 2017-ci ildə talassemiya xəstələrinin doğulması sayında önəmli dərəcədə azalma müşahidə edilib: “Qəbul olunan proqramlar qısa müddətdə öz nəticəsini vermir. Aralıq dənizi hövzəsi ölkələrinin təcrübəsinə dayanaraq deyə bilərik ki, bu cür problemin aradan qaldırılması üçün regionda aparılan maariflənmə önəmlidir. Bu məsələdə önəmli hissə talassemiyanın uğurlu müalicəsi deyil, eyni zamanda profilaktik tədbirlərin həyata keçirilməsidir. Məqsədimiz talassemiyalı uşaqların doğulmasının azalmasına nail olmaqdır. Bu tədbirdə nikaha girən cütlüklərin müayinəsi əhəmiyyət daşıyır. Müayinə zamanı cütlükdə talassmiya daşıyıcılığı müəyyən edilirsə, onlara düzgün konsultasiya verilməlidir. Bu cütlüklərdən ailə quranlar olsa, beynəlxalq diaqnostika apararaq xəstə uşaqların doğulmasının qarşısını ala bilərik”.

V.Hüseynov bildirib ki, nikahdan əvvəl tibbi müayinələr aparılsa da, ölkədə talassemiyalı xəstələr dünyaya gəlir: “Bunun da başlıca səbəbi xüsusən cənub bölgəsində nikah yaşından əvvəl ailə qurulub, uşaqların dünyaya gəlməsidir”.

Xəbər 2284 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +