Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


02.12.2019  22:46 

Assanja həbsxanada hücum edildi





A+  A-

London həbsxanasında olan “WikiLeaks” saytının qurucusu Julian Assanj hücuma məruz qalıb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun atası Con Şipton məlumat verib. Onun sözlərinə görə, yumruqla döyülən oğlu gündə 22 saat həbsxana qospitalında saxlanılır və vəziyyəti yaxşı deyil.

“Culian gündə 22 saat qospitalda saxlanılır. Amma bura əsl həbsxana xəstəxanası deyil. Digər məhkumlardan təcrid olunaraq saxlanılır və yarım saatdan bir intihar edib-etmədiyini yoxlamaq üçün ona baş çəkirlər. Apreldən bu yana 10-15 kiloqram arıqlayıb. Səhhəti heç də yaxşı deyil. Vəkilləri və ailəsi ilə görüşməsinə icazə verilmir”, - deyə Assanjın atası bildirib.

Xatırladaq ki, Assanj “WikiLeaks”də ABŞ-ın Əfqanıstan və İraqda apardığı hərbi əməliyyatlar, dinc əhalinin öldürülməsi haqda faktlar, Quantanamo həbsxanasındakı ağır şərtlər haqda materiallar dərc etməsi ilə tanınıb. 2010-cu ildə İsveçdə ona qarşı cinsi zorakılıq faktı üzrə ittiham irəli sürülüb. Assanj bu ittihamı qəbul etməyərək 2012-ci ildən Londondakı Ekvador səfirliyinə sığınıb. Ancaq bu il aprelin 11-də İsveç və ABŞ hökumətinin tələbi ilə həbs olunub. Ona Britaniyada 11,5 aylıq həbs verilib.

ABŞ-da haqqında 175 il həbs cəzası tələb edilən Assanjın ekstradisiya olunub-olunmayacağı gələn ilin fevralında keçiriləcək məhkəmədən sonra bilinəcək.

Xəbər 1488 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +