Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


22.10.2019  10:08 

ABŞ Əfqanıstandakı hərbi kontingentini azaldır





A+  A-

ABŞ Əfqanıstandakı hərbi kontingentini tədricən azaltmağa başlayıb və artıq 2 min hərbçisini bu ölkədən çıxarıb.
XəzərNews.az xəbər verir ki, ABŞ və NATO qoşunlarının Əfqanıstandakı komandanı general-leytenant Ostin Skott Miller Amerikanın bu ölkədəki hərbçilərinin sayının təxminən 12 min nəfərə qədər azaldığını təsdiqləyib.

Həmçinin etibarlı mənbələrin məlumatına görə, ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinin sayı yaxın zamanlarda 8,6 min nəfərə qədər ixtisar oluna bilər.

Oktyabrın 20-də ABŞ-ın Müdafiə naziri Mark Esper Əfqanıstan prezidenti Əşrəf Qəni ilə görüşü zamanı terrorla mübarizə və ikitərəfli münasibətlər məsələsini müzakirə edib. Pentaqon rəhbərinin sözlərinə görə, Birləşmiş Ştatların Əfqanıstandakı kontingentinin ixtisar olunması bu ölkədə fəaliyyət göstərən silahlı qruplaşmalarla mübarizəyə zərər vurmadan həyata keçiriləcək.

Xatırladaq ki, 2018-ci ilin payız aylarında ABŞ "Taliban” hərəkatı ilə danışıqlara başlayıb və artıq sülh barədə sazişdə irəliləyişə nail olunub. Tərəflər dörd əsas mövzunu - ABŞ qoşunların Əfqanıstandan tam çıxarılmasını və ölkə ərazisinin ABŞ və digər ölkələrə hücum üçün istifadə olunmayacağı barədə zəmanəti, həmçinin ümumi atəşkəsi və Əfqanıstandakı qüvvələr arasında dialoqun keçirilməsi məsələləri müzakirə edərək müəyyən razılığa gəliblər.

Xəbər 1885 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +