Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


14.10.2019  15:53 

Hadi Rəcəbli: “Fikirlərimi yenə təhrif ediblər”





A+  A-

“Bu gün Bakıda keçirilən MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclasında rus dilində çıxış etmişəm. Çıxış stenoqramlarda var. Tədbirdə Azərbaycanda pensiyaların, minimum əmək haqlarının, müavinətlərin artırılması və ümumilikdə sosial müdafiə sahəsində cənab prezidentin atdığı uğurlu addımları qeyd etmişəm”.
XəzərNews.az bildirir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial komitəsinin sədri Hadi Rəcəbli deyib.

Deputatın sözlərinə görə, həmin iclasında etdiyi çıxış bəzi KİV-lərdə təhrif olunub. H.Rəcəbli qeyd edib ki, əslində söhbətin məğzi bu cürdür:

“İclasda eyni zamanda, qarşılıqlı konvensiyalardan, ölkələrarası müqavilələrdən danışmışam. O müqavilələrdən biri də Rusiya ilə Azərbaycan arasında olan Sazişdir. Həmin sənədə əsasən, Rusiyada çalışan Azərbaycan vətəndaşları oradan qeydiyyatdan çıxıb Azərbaycanda qeydiyyata düşərkən bəzi çətinliyi olur. Belə ki, onlara pensiya hesablananda Rusiyada sığorta haqqı ödəmiş vətəndaşımız bizim sistemdə həmin vəsaiti rəsmi göstərə bilmir və buna uyğun ona pensiya ödənilmir. Rusiya sığorta fondundan həmin vətəndaş üçün bizim müvafiq strukturumuza müvafiq vəsait köçürülməsini istəmişik. Bu məsələyə cənab nazir də, hörmətli komitə sədrimiz Arif Rəhimzadə də reaksiya verib. Bu gün həmin müqaviləyə yenidən baxılması tövsiyə olunur. Rusiya dövlətindən istədiyimiz odur ki, vətəndaşımızın ora üçün ödədiyi sığorta haqqını bizim sığorta fondumuza köçürsün”.

Xatırladaq ki, bəzi KİV-lər Hadi Rəcəblinin adından "Rusiyada çox sayda azərbaycanlılar işləyir və onlar Azərbaycanda DSMF-yə vəsaitlər ödəməlidir" kimi fikir yayımlayıblar.

Xəbər 1772 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +