BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb


03.07.2018  14:17 

Hərbi hissələrdə vəziyyət necədir?





A+  A-

Müdafiə Nazirliyi elektrik enerjisinin verilməsinin müvəqqəti dayandırılmasının hərbi hissələrə təsiri ilə bağlı açıqlama yayıb.
XəzərNews.az-a daxil olan açıqlamada qeyd olunur ki, hərbi infrastukturun tam şəkildə fəaliyyətinin təmin edilməsi məqsədilə Müdafiə Nazirliyinin bütün hərbi hissələri, hərbi tibb müəssisələri, maddi-texniki təminat, rabitə, kəşfiyyat bölmələri, o cümlədən xüsusi təyinatlı hərbi təhsil müəssisələri və digər hərbi obyektləri xüsusi rejimdə fəaliyyət göstərən ehtiyat enerji mənbələri ilə təchiz edilib:

"Elektrik enerjisi olmadıqda həmin enerji mənbələri avtomatik rejimdə işə düşür. Dünən gecədən elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılan kimi bu enerji mənbələri avtomatik işə düşüb və hazırda Ordumuzun heç bir hərbi hissəsi, xüsusilə də ön xətt bölmələrində elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur. Hərbi hissələrdə xidməti-döyüş fəaliyyəti fasiləsiz rejimdə davam etdirilir.

Ehtiyac olduğu halda mühüm mülki infrastruktur obyektlərinin (xəstəxanalar, uşaq baxçaları, doğum evləri və s.) də həyat fəaliyyətinin təmin edilməsi üçün tələb olunan enerji ilə təchiz edilməsinə köməklik göstərməyə hazırıq".

Xəbər 1386 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +