Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


12.05.2025  12:40 

Rusiya Mərkəzi Asiyanı Avropa İttifaqından necə uzaqlaşdırır?





A+  A-

Rusiya Mərkəzi Asiyanı Avropa İttifaqından uzaqlaşdırmaq üçün ciddi və təhlükəli kurs götürüb. Bəllidir ki, Mərkəzi Asiya regionunda su ciddi problemli mövzudur. Su qıtlığı da ən çox Qazaxıstanı əhatə edib. Tacikistanı çıxmaq şərti ilə digər üç türkdilli ölkə Qazaxıstana 600 milyon m3 su ayırdılar. Nəzərə alınmalıdır ki, Mərkəzi Asiya regionunda su problemi ümumi regional problemdir.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, su ümumi regional mahiyyətlidir:

“Bunu nəzərə alaraq RF Tacikistanda Səngtutə-1 SES-in işə buraxmağa hazırlaşır. Tacikistan RF-ə olan elektrik enerjisi borcunu ödədi və bunun əvəzində Tacikistana əlavə borcun hesabına Səngtutə-1 SES-i tikməyə başladı. Yaxın iki ildə Tacikistandan ümumi Mərkəzi Asiya regionuna daxil olan su azalacaq. Regionun təxminən 80% suyu Tacikistan və Qırğızıstanın ərazilərində formalaşır. Bunun da böyük əksəriyyəti Tacikistanın payına düşür. Əlbəttə, tək bu deyil”.

Politoloq əlavə edib ki, Aİ-ni regiondan uzaqlaşdırmaqdan ötrü Rusiya Özbəkistanla birlikdə Transəfqan dəmir yolunun layihələşdirilməsinə və tikintisinə başladı:

“Mərkəzi Asiya regionu ölkələri Avropaya TransXəzər marşrutla çıxmaqda maraqlıdırlar. Rusiya Özbəkistanı da ələ alaraq Mərkəzi Asiya regionu ölkələrini Hind Okeanına çıxarmaq kursundadır”.


Xəbər 744 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +