Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


25.02.2025  10:01 

15 nəfərin spirtdən öldüyü hadisə yerindən GÖRÜNTÜLƏR





A+  A-

Xəbər verdiyimiz kimi, 2 gün ərzində 15 nəfər spirtdən ölüb.

Sabunçu rayonu ərazisində gigiyenik vasitədən çoxsaylı ölüm halı baş verib.

Ərazidə yaşayan vətəndaşların sözlərinə görə, həmin şəxslərin bir çox eyni ərazidə yaşayırmış. İllərlədir ki, çox yaxın olublar. Mərhumlardan birinin qardaşı bildirib ki, məclis Andrey Kasumovun evində olub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan, tərkibində 75 və 95 % spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları və s. götürülüb, müvafiq ekspertizalar təyin olunmaqla, digər zəruri istintaq hərəkətləri icra edilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

XəzərNews.az "Xəzər Tv"yə istinadən hadisə yerindən görüntülər təqdim edir:



Xəbər 1112 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +